Ailə münasibətlərini necə qorumalı?

Ailə münasibətlərini necə qorumalı?
Evlilik
10.09.2017 32
Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis və Bibliyanın
mahir bilicilərindən sayılır. Onun ailə və insan münasibətlərindən bəhs
edən, 1992-ci ildə qələmə aldığı "Beş sevgi dili” kitabı 5 milyon
tirajla satılmış, 38 dilə çevrilmişdir. Kitabdan seçmə hissələr:
Siz
sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir.
Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem
sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı
şəkildə ifadə edirlər:
1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.
Sevgi dili "hədiyyə almaq”olanlara bəzi məsləhətlər:
1. Hədiyyələrlə
özünüzü göstərə bilərsiniz: Səhər yoldaşınız üçün bir qutu şokolad
qoyun (əgər sağlamlığında problemlər varsa seçiminizi dəyişə də
bilərsiniz); günortadan sonra arvadınıza çiçək göndərin (əgər çiçəyə
qarşı allergiyası yoxdusa); axşam ona bir köynək hədiyyə edin. Arvadınız
sizdən "Nə baş verir?” soruşsa "sadəcə sevgimizi artırıram” deyin.
2. Təbiət
köməkçiniz olsun: Məhəllədə gəzintiyə çıxanda arvadınıza verəcəyiniz
bir hədiyyə axtarın. Bu bir daş, bir budaq parçası, bir çiçək də ola
bilər (çiçək öz bağçanızda deyilsə, qonşunuzdan icazə almağı unutmayın).
Təbii ki, hədiyyənizə xüsusi bir məna da verə bilərsiniz. Misal üçün,
kiçik bir hamar daş  parçası evliliyinizdəki mübahisəli bir çox
nüansların artıq öhdəsindən gəldiyinizi göstərə bilər. Bir gül belə sizə
xanımızda gördüyünüz gözəlliyi xatırlada bilər.
3. Əl
işi olan hədiyyələrin dəyərini unutmayın. Arvadınız üçün özünüz bir
hədiyyə düzəldin. Bunun üçün bir sənət və ya əl işi kursuna yazılmağınız
da lazım ola bilər. Məqsədiniz arvadınıza hədiyyə düzəltməkdir. Əl işi
olan bir hədiyyə xüsusilə bir ailə yadigarı halına çevrilə bilər.
4. Arvadınıza
bir həftə boyu hər gün hədiyyə verin. Bu əlamətdar bir günə təsadüf
edilən həftə olmaya da bilər. Əgər enerjili insansınızsa bunu bir ay da
edə bilərsiniz. Xeyir, arvadınız bunu bir ömür boyu davam etmənizi
istəməyəcək.
5. Bir "Hədiyyə fikirləri dəftəri”
tutun. Arvadınız " Bunu doğurdan çox sevirəm”, "Ah, bunlardan bir dənəsi
də məndə olsaydı” kimi dedikcə dəftərin hər səhifəsinə qeyd edin.
Diqqətlə dinləyin, çox keçməz ki, uzun bir siyahınız olacaq. Bu hədiyyə
seçmək zamanında köməyinizə gələ bilər.

6. "Kömək
edin, başım şişdi!” Arvadınız üçün necə hədiyyə seçmək lazım olduğunu
bilmirsinizsə arvadınızı yaxından tanıyan bir dost ya da qohumunuzdan
kömək istəyə bilərsiniz. Çox adamın sevdikləri insana hədiyyə almaqdan
xoşu gəlir, xüsusilə də bu hədiyyə sizin pulunuzla alınırsa.
7. Varlığınızı
hədiyyə edin. "Bu ay səninlə istədiyin yerə gedəcəyik. Mənə vaxtını
desən səninlə getmək üçün əlimdən gələni edərəm” deyin. Hazırlaşın! Kim
bilir bəlkə də simfoniya, ya da xokkey sizin də xoşunuza gələr.
8. Arvadınıza
bir kitab verin və özünüz də oxuyacağınızı deyin. Hər həftə bir hissəni
birlikdə müzakirə edəcəyinizi bildirin. Amma sizin bəyəndiyiniz,
oxumağını istədiyiniz kitabı deyil, məhz onun maraq dairəsinə uyğun
kitabı hədiyyə edin. Bu kitab seks, futbol, əl işi, pul haqqında, uşaq
böyütmə, din və yaxud hər hansı mövzuda ola bilər.
9. Uzunömürlü
bir hədiyyə verin. Arvadınızın doğum günündə, toyunuzun il dönümündə və
yaxud başqa bir gündə arvadınızın adından üzv olduğu hər hansı bir
xeyriyyə təşkilatına ianə verin. Təşkilatdan isə arvadınıza bildiriş
göndərilməsini xahiş edin. Xeyriyyə təşkilatı qədər arvadınız da
həyəcanlanacaqdır.
10. Canlı bir hədiyyə verin.
Arvadınızın adına bir ağac əkin. Öz bağçanıza da əkib, sulayıb böyüdə
bilərsiniz. Yaxud tez-tez getdiyiniz bir parkda da əkə bilərsiniz. Bunu
etdiyiniz üçün hər il təşəkkür qazanarsınız. Alma və ya başqa bir meyvə
ağacı əksəniz daha çox savab qazanarsız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!