Ər ilə arvadın arasında optimal yaş fərqi

Ər ilə arvadın arasında optimal yaş fərqi
Evlilik
10.09.2017 36

Ailənin möhkəm, uşaqların sağlam olması üçün ər ilə arvadın arasında optimal yaş fərqi nə qədər olmalıdır?

Bu məsələ ilə bağlı bir neçə fikir var. Bu sualı Azərbaycanda
versəniz cavab alarsınız ki, qadın kişidən bir neçə yaş balaca
olmalıdır. Bu fikir onunla əsaslanır ki, stabil maddi vəziyyyətə nail
olmaq üçün müəyyən yaş həddinə çatmaq lazımdır.
Həmyaşıd xanım isə bu  yaşda yaşlı və uşaq dünyaya gətirmək üçün
yararsız hesab olunurdu. O vaxtlardan həyat dəyişib, lakin adətlər eyni
olaraq qalıb.
Yaş fərqinə bu cür münasibət eyni ilə Çində mövcuddur. Orda olan
müdriklər hətta gəlin üçün ideal yaş həddini də hesablayıblar. Kişinin
yaşını ikiyə böldükdən sonra alınan nəticənin üstünə 7 gəlmək lazım idi.
Əgər kişinin 30 yaşı varsa, xanımının 22 yaşı olmalı idi, kişinin 60
yaşı varsa xanımı 37 yaşında olmalıdır. Qadının kişidən böyük olması
məsələsi isə heç müzakirə də olunmurdu.
İngilis alimləri isə 23 yaş fərqinə mənfi münasibət bəsləyirlər.
Onların apardığı tədqiqata görə qadınla kişinin arsında 15 yaşdan artıq
fərq olduğu halda dünyaya övlad gətirmə məsələsində problem yarana
bilərmiş.
Avstraliya alimləri 5 il yaş fərqini ideal hesab edirlər, lakin yenə
də kişi qadından yaşlı olmalıdır. Onların  hesabına görə belə nigahdan
daha çox uşaq dünyaya gətirmək mümkündür.
Kişi qadından çox yaşlı olan ailələr psixoloji nöqteyi nəzərdən
düzgün hesab olunur. Kişilərdə "düşünülmüş atalıq” hissi 40 yaşında baş
qaldırdığı üçün məhz bu yaşda onlar daha çox ata olmaq istəyirlər.
Bildiyiniz kimi, dünyaya övlad gətirmək üçün  atanın yaşı bir o qədər də
əhəmiyyətli deyildir. Kişi 70 yaşında da ata ola bilər (Çarli Çaplin,
məsələn 72 yaşında idi, həyat yoldaşı isə ondan 36 yaş cavan idi), yaşı
35-dən çox olan qadınların isə patologiyalı uşaq dünyaya gətirmək riski
artır.
Qadının kişidən yaşlı olduğu varianta nəzər salaq. 2-3 il yaş fərqi
əhəmiyyətli sayılmır. Lakin daha böyük fərq olduqda seksoloq və
psixoloqlar bu nigahları qısaömürlü hesab edir. Lakin burda da istisna
halları mümkündür. Məsələn, Serqey Mixalkov ilə Natalya Konçalovskayanın
nigahı 52 il davam etmişdir (Natalya Serqeydən 10 yaş böyük idi).
Yoldaşı Qalyanın Salvador Dalidən də 11 yaş böyük  olması bir faktdır.
Beləliklə, ailədə ən optimal yaş fərqi kişinin qadından 5 yaş və ya
qadının kişidən 2-3 yaş böyük olmasıdır. Lakin sizin ailə bu formulaya
uyğun gəlmədən xoşbəxt yaşayırsa, deməli, ən ideal yaş fərqi elə
sizdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!