Həyat yoldaşının valideynləri ilə bir damın altında

Həyat yoldaşının valideynləri ilə bir damın altında
Evlilik
10.09.2017 39
Uzun müddətli həsrətdən sonra sevdiyin şəxsə qovuşub onunla yaşamalı
olursan. Bəzi qadınlar evlilik həyatlarını evdə tək həyat yoldaşı ilə
deyil, bir damın altında həm də onun valideynləri ilə bölüşməli olurlar.
Bəs bu zaman qaynana və qaynata ilə yarana biləcək münaqişələrdən necə qaçmaq olar?
Elə xanımlar var ki, evi hissələrə ayırıb həyat yoldaşlarının
valideynləri ilə sərhəd yaradaraq onlardan uzaq olmağa çalışır. Digər
xanımlar isə çox şeyə göz yumaraq özünü sözə qulaq asan və ona
tapşırılan bütün işlərin öhdəsindən gəlməyə çalışan bir gəlin kimi
göstərirlər. Amma bunlara baxmayaraq ailə daxili münaqişələrdən qaçmaq
üçün qayda yoxdur. Subaylıqda sərbəst həyat sürən xanımlar
qaynanalarının onların işinə qarışmasına dəhşətli bir iş kimi baxırlar.
Xüsusən də qaynanaları onların geyiminə qarışanda, soyuq havada təkid
edərək məcburi papaq və şərf geyindirəndə. Gəlinlər qaynanalarından
əsla asılı olmağı sevmirlər. Qaynanaların hər işə qarışması nəticəsində
gəlinləri bütün əşyalarını onunkulardan bir-bir ayırır. Ən sonda isə öz
otağının açarını da dəyişdirir. Nəticədə isə ev kommunal evi xatırladır.
Bu da münaqişələr üçün əməlli başlı səbəb yaradır. Belə olduğu halda
isə qaynana və qaynata bu münaqişələrə görə oğullarını günahlandırır.
Evlilikdən sonra onun xasiyyətində dəyişikliklər baş verdiyini
bildirirlər, oğullarının onlardan uzaqlaşdığını zənn edirlər. Bu
münaqişəni dayandıra bilməyən hər iki tərəf hər şeyi zamanın öhtəsinə
buraxırlar. Amma münaqişənin nə vaxt bitəcəyi müddəti haqqında heç bir
tərəfin xəbəri olmur. Bu müddət ərzində isə valideynlər dayanmadan öz
oğlunu və gəlnini günahlandırır və onları eqoist adlandırırlar. Bütün
kommunal xidmətlərin ödənilməsinin onların borcu olduğunu bildirirlər.
Onlar təkid edirlər ki, bütün ev işlərini gəlin etsin. Həyat yoldaşının
valideynlərinə qayğı və diqqət göstərsin.
Oğullarının bazarlıq zamanı nə isə unudub almaması üçün böyük
söz-söhbət yaradırlar. Təzə evlilik ərəfəsində cütlüklər özlərini bəzən
valideynlərindən asılı olduqlarını zənn edirlər. Hətta qazanclarının çox
hissəsini onlara verməkdən belə çəkinmirlər.
Zaman keçdikcə onlar bir çox ailədaxili məsuliyyətlərdən özlərini
azad edirlər. Valideynlər isə öz növbəsində onların məsuliyyətindən
qaçdığını görüb bu vəziyyəti nizamlamağa çalışırlar. Təzə cütlüklər
münaqişələrdən qaçmaq üçün əksər vaxtlarda valideynlərin dedikləri ilə
razılaşırlar. Sonra isə vəziyyət dəyişir. Xanımlar özlərini evin gəlini
kimi yox, həyat yoldaşının valideynlərinin bütün işlərinə yardım edən
köməkçi kimi hiss edirlər. Işlərinin bütün öhtəliklərini öz üzərinə
götürən xanımlar çox çətin ki bu yükdən xilas ola bilərlər.
Həyat yoldaşının valideynləri ilə yaranan pis münasibət ərlə arvad
əlaqələrinə də mənfi təsirini göstərir. Tez-tez onlar arasında
münaqişələr baş verir. Çünki ər üçün valideynləri əziz, xanım üçün
ərinin valideynləri sadəcə yeni qazanılmış doğma olmayan qohumlardır.
Valideynlər maraqlarını qorumaq üçün oğullarından istifadə edirlər.
Bu da ailədə münaqişələrin yaranmasına səbəb olur. Gən ailədə dünyaya
gəlmiş körpə münasibətlərin yoluna düşməsində az da olsa rol
oynayırlar. Buna baxmayaraq əgər ailədə söz-söhbət yaranırsa yeni
ailəquranlarla valideynlər yaranmış vəziyyətə aydınlıq gətirməli və
bir-birilərini başa düşməlidirlər. Gəlinlər həyat yoldaşının
valideynlərini özlərinkindən, valideynlər isə gəlinlərini öz övladları
bilməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!