İlk görüşdən bu barədə danışmaq ayıbdır...

İlk görüşdən bu barədə danışmaq ayıbdır...
Evlilik
10.09.2017 58
İlk görüşə gedənlərin ən çətin olan mövzusu: ilk görüşdə nədən danışmaq
lazımdır? Hansı mövzular münasibətləri yaxınlaşdırır və yumşaldır?
İlk görüşdə səssiz dəqiqələr yaşana bilər, qarşınızdakı çox danışan
deyilsə, söhbəti açmaq üçün müxtəlif mözvular haqqında danışmağa
başlayırsınız? Bu zaman başqa bir məsələ ortaya çıxır. Hansı məsələləri
ilk görüşdə danışmaq yersiz ola bilər?
İlk görüşdə nələr danışıla bilər, nələri danışmaq olmaz, hansı məsələlər
ilk görüş üçün uyğun deyil? Bu sualların cavabını sizin üçün
hazırladıq. Onların bəziləri bunlardır:
Sakit olun, beləcə özünüzü yaxşı ifadə edəcəksiniz və hər şey daha yaxşı olacaq.
İlk görüşə mümkün olduğu qədər sadə şəkildə getməkdə fayda var. Həm
fiziki, həm də ruhən. Bəzənib-düzənmək lazımdır ancaq içində özünüzü
rahat hiss etmədiyiniz və sizi narahat edən makiyajdan uzaq olasanız,
yaxşı olar. Digər tərəfdən rola girmək və başqa cür davranmaq çətin
olacaq, həm də bunun sonrası var.
Özünəgüvənmək lazımdır amma həddindən artıq "Mən belə yaxşıyam, mən belə
superəm...” kimi cümlələr həm qarşınızdakını sizdən diksindirəcək,
qorxudacaq, həm də sizi gülməli vəziyyətə sala bilər. Onun sizi belə
cümlələrlə deyil, yaxından müşahidə edərək tanımasına icazə verin.
Söhbəti başlamaq çətindir. Başlanğıc olaraq gündəlik həyatınızdan, boş
zamanlarda nələr etdiyinizdən, harada yaşadığınızdan, iş həyatınızdan və
dostlarınızdan bəhs edə bilərsiniz.
Ortaq maraqlarınızı kəşf edib onun üzərində danışa bilərsiniz. Məsələn,
sevdiyiniz musiqi və ya film haqqında geniş müzakirə açıb, maraqlı
fikirlərinizi bölüşərək ona təsir edə bilərsiniz. Əgər ilk görüşdə susub
qalıb nə danışacağınızı bilmir və düşünürsünüzsə, əvvəlcədən evdə məşq
edin və söhbət üçün mövzu tapın.
Məhəbbət və sevgili olmaq kimi mövzular, ilk görüşdə müzakirə olunmasa
yaxşıdır. Hələ ilk görüşdən neçə uşaq istədiyinizi və ya gələcəklə bağlı
planlardan bəhs etməyin. Qarşı tərəf qorxa, hətta qaça bilər. Qormasa
da, sözləriniz səmimi gəlməyə bilər. Həmçinin ilk görüşdə əvvəlki
sevgili ilə bağlı söhbətlər xoş olmaya bilər. Keçmişin keçmişdə
qalmasına icazə verin.
Para, pul, qazanc mövzuları da ilk görüş üçün uyğun gəlməyən mövzular
sırasına daxildir. Ümumiyyətlə, ilk görüşdə pul haqqında danışmaq soyuq
atmosfer yaradır.
İdmanla bağlı mövzu da ilk görüş üçün keçərli deyil. Qarşı tərəf idmanla o qədər də maraqlanmaya bilər.
Vücud dili vacibdir. Amma aşırı əl-qol hərəkəti, gözləri qaçırmaq,
davamlı barmaqlarınızla oynamaq sizi qarşı tərəfdə güvənsiz olduğunuz
düşüncəsi aşılayır. Buna görə də, göz təmasına diqqət edin, həm
danışarkən, həm də onu dinləyərkən gözlərinin içinə baxın.
Görüşə gedəcəyinizi, üstəlik hər şeyi bilmək istəyən dostlarınız varsa, telefonunuzun səsini alın.
Danışmaq qədər dinləmək də əhəmiyyətlidir. Onu dinləməyi unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!