İllərdir davam edən münasibətin sirrləri

İllərdir davam edən münasibətin sirrləri
Evlilik
10.09.2017 34
Əlaqə heç bitməsin istəyirsinizsə dəyişməyə açıq olmanız lazımdır. Məsələn bir başqasından xoşlanmanızın əlaqənizə faydalı ola biləcəyini düşündünüzmü?




Zaman - zaman ayrılın!

Fərqliliklərinizi kəşf edin və onları mükafatlandırın. Çünki bu sayədə bir-birinizə izah edəcək daha çox şeyiniz olacaq. Ayda heç olmasa bir həftə sonunu ayrı keçirin ki, təkrar bir araya gəldiyinizdə paylaşacaq xatirələriniz olsun. Qısa ayrılıqlarda cütlüklər bir-biri üçün darıxar. Çölə çıxın, dostlarınızla vaxt keçirin. Yeni şeylər kəşf edin, tək səyahətə çıxın.

Əsla "Bir almanın iki yarısıyıq." nağılına inanmayın. Unutmayın ki, siz bir fərdsiniz və bu əlaqə siz bir çiyələk o da bir alma olduğu üçün gözəl.

Üçüncü bir adamdan xoşlanmaqdan qorxmayın

Bir çox insan, əlaqə yaşayan insanların bir başqasından təsirlənməsini əlaqə üçün böyük bir problem olaraq görər. Əlaqə mütəxəssisləri bunun elə olmadığını söyləyir.

Partnerinizle isslərinizi paylaşmaqdan çəkinməyin. Ancaq bunu həssas bir şəkildə etməlisiniz, çünki danışaraq işləri olduğundan çox böyütməniz kimsənin işinə yaramaz. Partneriniz onu sevdiyinizi və yalnız onunla birlikdə olmaq istədiyinizi bilsin yetər.




Mübahisə  edin, amma 5 dəqiqə!

Heç mübahisə etməyən cütlüklər var nağılına inanmayın. Əlaqələrdə mübahisələr olar və zaman - zaman mübahisə  edilməsi münasibət baxımından sağlam nəticələr doğurar. Əhəmiyyətli olan daha yaxşı mübahisə öyrənməkdir.




Paylaşılan xəyallar, paylaşılan bir gələcək

Uzun davamlı əlaqələrdə cütlüklər artıq bir-birlərinə xəyallarından çox bəhs etmir. Ancaq əlaqədə zaman - zaman  bir-birlərinin xəyallarını soruşmalı və öz xəyallarını izah etməli.

Avtomobilinizi belə yoxlanışa aparırsız, yaxşı ya əlaqəniz üçün eyni diqqəti göstərirsinizmi? Ayda bir özünüzə və əlaqənizə uzaqdan baxmağı yoxlayın. Nələri istəyərək etdiniz, nələri istəmədən? Hansı davranışlarınız partnerinizi də xoşbəxt etdiyi üçün sizin üçün bir zövq idi? Yaxşı ya nələrə qırıldınız? Əlaqəyə başladığınız zamanlarda nə xəyallarınız vardı və indi nələr var? Gələcək üçün həyəcanlanırsınızsa, bunu partnerinizle paylaşın.




Rol modelləri yaradın

Rol modellərə ehtiyacı olan yalnız uşaqlar deyil. Böyüklərin də  özlərinə rol modelləri seçmələri bəzən çox faydalı olacaq.

Özünüzə istədiyiniz hər hansı bir rol modeli təyin edin və o cütün davranış qəliblərinin sizə uyğun gəlib uyğun gəlməyəcəyini görün.




Seksdə yeniliklərə açıq olun

Uzun zamanlı əlaqələrdə seks də zamanla eyni səbəblərin eyni nəticələri yaradacağı dövrdəki yerini alar. Ancaq belə vəziyyətlərdə xatırlamanız lazım olan detal, ən əhəmiyyətli seks orqanınızın beyniniz olduğu gerçəyidir! Özünüzü yeni ehtimallara açıq saxlayıb partnerinizi də bu yeniliklər üçün təşviq etməlisiniz.

Cinsi soyuqluq bəzən təhrik üsullarını çox istifadə edə bilməməkdən irəli gələ bilər. "Həyatınızın geri qalanında necə möhtəşəm bir cinsi həyatınız olar?" kitabında Val Sampson, əvvəlcə seksə yönəlməyə ön şərt olaraq verir.

Günün geri qalan saatlarında yaşadığınız saatları unutmalı və yalnız o an yaşadıqlarınıza adabta olmalısınız. Əgər belə etsəniz, beyniniz əlaqəyə girmədən əvvəl özünü bu əlaqə üçün hazır hiss etməyə başlayacaq.

Məsələn ona romantik qeydlər yazın və cibinə qoyun. Cib telefonunun telesekreterine xoş mesajlar buraxın. Və son olaraq da əlaqəyə girmədən əvvəl nə etdiyinizi düşünün və əgər vərdişiniz televizora baxmaqdırsa, o zaman bunu dəyişdirin.



/ Mənbə: Qadınlar.biz /скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!