Evlənməzdən əvvəl bunlardan xəbərdar olun

Evlənməzdən əvvəl bunlardan xəbərdar olun
Evlilik
10.09.2017 51
Evlənməzdən
əvvəl bu tövsiyələrdən xəbərdar olmaqda fayda var. "Huffington Post"
xəbər saytı evlənməyə hazırlaşan cütülüklər üçün qaydalar tərtib edib. Qadinlar.Biz həmin qaydaları təqdim edir. 




1. Tək
və ümidsiz halda olsanız belə, uğursuz münasibətlərin daha pis
olacağını unutmayın. Əgər partniyorunuzla aranızda problemlər varsa,
sırf tək qalmamaq üçün bunların üstünü örtməyin. Aranızda heç bir
problem yoxmuş kimi davranmayın. 



2. Bir insanla evlənməzdən əvvəl, onunla yaxşı dost olduğunuzdan əmin
olun. Sonradan dost olacağınızı düşünərək evliliyə addım atmayın. 



3. Bu addımı
atmazdan əvvəl maddi durumları, uşaq, ailə, dostlar, qumar, siyasət,
inanclar və digər məsələlər haqqında oturub söhbət edin. Maaşlarınızı
birləşdirib ortaq büdcə yaratmağa hazırsınızmı, yaxud ayrı olmasına
üstünlük verirsiniz? Hər ikiniz də uşaq istəyirsinizmi?
Valideynlərinizin fikri sizin üçün nə dərəcə önəmlidir?  Bir-birinizin
dostları ilə aranız necədir? 



4. Haqqında
danışmağa çəkindiyiniz bir problem varmı? Gizli fantaziyalarınız varsa,
bunları evlənməzdən əvvəl danışmalısınız. Əvvəlcədən danışmasanız,
gələcəkdə aranızda ciddi problemləriniz ola bilər. Bu problemləri qarşı
tərəfdən gizli saxlayaraq yaşaya bilmərsiniz. Gizli saxlasanız, bütün
həyatınız boyu xoşbəxt olmayacaqsınız. 



5. Bunu
düşünün: Partniyorunuz qorxunc qəza keçirib və iflic olub. Bundan sonra
onun qayğısına qalmaq məcburiyyətindəsiniz. Buna hazırsınızmı? 



6. Evlənməzdən əvvəl bir-birinizi çox yaxşı tanımalısnız. Sonradan sən çox dəyişmisən və.s kimi cümlələr istifadə etməməlisiniz. 



7. Lazım olduğu halda münasibətləriniz haqqında professional yardım almağa hazır olun. 



8. Birlikdə
uzun müddətli bir layihədə çalışın. Birlikdə komanda halında işləyə
bilirsinizmi? Çətin şərtlər altında da yaxşı cütlük ola biləcəyinizi
göstərəcək. 



9. Aranızda
mübahisələr olacaq. Bu münahisələrdən sonra nə qədər müddət küsuslü
qalırsınız. Əvvəlki vəziyyətə qayıda bilirsinizmi? İkinizdən biri
aqressiv reaksiya verirmi? 



10. Bir-birinizə nə qədər bağlısınız? Biriniz digərindən daha çox bağlısınızmı? 



11. Qarşıdakı
insanın bəyənmədiyiniz önəmli xüsusiyyəti varsa, bunun dəyişəcəyini
düşünərək evliliyə addım atmayın.  Heç nəyin dəyişməcəyini gözə alaraq
bu qərarı verin. 



12. İkiniz
də bu evliliyi sona qədər davam etdirməyə hazırsınız? Əgər tərəflərdən
biri evlilikdən sonra hər şey yaxşı olar deyib evlənirsə, evlilikdən
sonra onu özünüzə bağlamağı gözləməyin. İki tərəf də bu mövzuda eyni
düşüncələri paylaşır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!