Evlilikdə inamın yenidən qazanılması

Evlilikdə inamın yenidən qazanılması
Evlilik
10.09.2017 14
Aldatma, yalanlar və tutulmayan sözlər bir evliliyi ələ keçərdiyində,cütlüklər arasındakı güvən ciddi dərəcədə sarsılar. Ancaq bu evliliyin heç bir şəkildə qurtarıla bilməyəcəyi mənasını verməz.



Yoldaşınız  güvənin itməsinə səbəb olan bir şey etdiyində, evliliyinizdəki güvənin yenidən yaradılması çətin ola bilər və uzun zaman ala bilər. Bu güvənin təkrar qazanılması üçün sizə verə biləcəyimiz bəzi tövsiyələr:



Sizin etməniz lazım olanlar :



- Keçmişi ardınızda buraxaraq, yenidən sevmə qərarı alın. Yoldaşınızla aranızdakı etibarı sarsıdan hadisəni çürüntü halına gətirməkdən imtina edin.



- Bağışlamağa ya da bağışlanılmağa qərar verin.



- Əgər aldadaraq ya da yalan danışaraq yoldaşınızın etibarını itirən sizsinizsə, davranışlarınızı dəyişdirərək səhvinizi təkrarlamayacağınızı yoldaşınıza hiss etdirin.



- Anlaşılmazlığı tətikləyə biləcək sözlər istifadə etməyin. Günahlandırıcı olmayan 'mən' cümlələri qurun və hər vaxt, əsla, məcburiyyətindəsən, etməlisən ya da etməli idin kimi sözlərdən çəkinin.



İki tərəfin də etməsi lazım olanlar :



- Evliliyinizi yenidən yoluna qoymaq üçün yoldaşınızla birlikdə müəyyən hədəflər təyin edin.



- Həm yoldaşınız həm də siz, evliliyinizə və bir-birinizə olan bağlılığınızı yeniləyin. Səhv edən tərəfin, ürəyi qırılan yoldaşın ağrısını paylaşması lazımdır. Digəri isə aldadılmanın ya da özünə yalan danışılılmasının dağıdıcı təsirinin yaratdığı kədəri anlamalıdır.



- Bir-birinizi yalnız qulaqlarınız və beyninizlə deyil, ürəyinizlə dinləyin.



- Bir-birinizə qarşı tamamilə dürüst olun.



- Güvənin sarsılmasına səbəb olan hadisənin daha yaxşı başa düşülməsi üçün kömək almaqdan çəkinməyin.



- Bir-birinizə, əlaqəniz ya da aldatma haqqındakı suallarınıza açıq və dürüst cavablar almağa layiq olduğunuzu xatırladın.



Bunları unutmayın!



- Güvənin yenidən qazanılması zaman alacağını qəbul edin. Bir gecədə hər şeyi əvvəlki  halına geri çevirə bilməzsiniz.



- Yaşananları ya da aldatmağı xatırlamanız normaldır. Bunları unutmasanız belə ancaq ağrınız zamanla azalacaq.



- Duyğularınızı qəbul edin və bunları yoldaşınızla mütləq paylaşın.



Əgər bütün yaşananlara baxmayaraq yoldaşınızı hələ sevir və onun da sizdən imtina etmək istəmədiyini bilirsinizsə, əlaqənizdəki etibarı yenidən canlandıra bilərsiniz. Ehtiyacınız olan yalnız bir az zaman, səbir, bir-birinizə bağlılıq, sevgi və bağışlamaqdır.


/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!