Evlilik nədir sizcə?

Evlilik nədir sizcə?
Evlilik
10.09.2017 32
[/center]
[center]

[/center]
[center]Evlilik nədir???Bəli düşünün...zann edirəm ki,çox az adam düşünmüşdür mənasını daha əvvəldən,daha doğrusu düşünmək ağıllara gəlməmişdir. Kağız üzərində, rəsmi olaraq ər-arvad olmaqmı? Yoxsa iki ürəyin eyni duyğuları paylaşıb, güclü bir bağ ilə bir-birinə bağlanmasımı? Çox çox fərqli şərh var bu mövzuda. Amma ən çox marağəmə çəkən bir şərhi, sizlərlə paylaşmaq istədim:Siz birlikdə olmaq üçün doğulmusunuz. Öüm mələyinin ağ qanadları sizi ayırana qədər ayrılmayacaqsınız. Amma əlaqənizdə məsafələr buraxın; buraxın ki, cənnətin küləkləri aranızda rəqs edə bilsin...Bir-birinizi sevin amma, eşq məhbusluğu istəməyin...Buraxın, eşq, ruhunuzun sahillərinə vuran dalğalar kimi olsun...Bir-birinizin stəkanını doldurun amma eyni stəkandan içməyin; çörəyinizdən verin bir-birinizə amma eyni yerdən dişləməyin...Birlikdə mahnı söyləyin; lakin bir-birinizi tək buraxmağı da bilin. Sazın telləri də təkdir və eyni melodiyanı səsləndirər...Bir-birinizə ürəyinizi verin amma qarşılıqlı kilidləyib saxlamaq üçün deyil!Yalnız həyatın əli o ürəyi saxlayar!Birlikdə durun, amma yapışmayın; məbədlərin sütunları da bitişik deyil!...Və palıd ilə çinar bir-birlərinin kölgəsində böyüyə bilməzlər...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!