30 Yaşdan sonra necə ailə qurum?

30 Yaşdan sonra necə ailə qurum?
Evlilik
10.09.2017 33
Həyat sürətlə dəyişir. Əgər bir zamanlar 30 yaşında olan xanım "evdə qalmış” hesab edilirdisə bizim zəmanədə ailə qurmaq məsələsi ikinci plana keçibdir. Karyera və stabil maddi vəziyyətin təminatı ön plandadır.

Ailə qurmağa nə mane olur?
Yaxşı həyat yoldaşı tapmaq üçün ilk öncə özümüzdən başlamalıyıq. Bəzi
psixoloji faktorlar qadına şəxsi xoşbəxtliyini qurmaqda maneə törədir.

Yüksək tələbat
İlk növbədə, 30 yaşdan sonra qadın şəxsiyyət kimi formalaşdığı üçün
onun kişilərə qarşı xüsusi tələbləri yaranır. Bu yaşdan sonra qadın
kişinin yalnız xarici görkəminə əhəmiyyət vermir.
Qadın gələcək həyat yoldaşının
sosial statusuna, onun maddi vəziyyətinə, uşaqlara olan münasibətinə,
dünya görüşünə önəm verir. Bu isə həyat yoldaşının seçimini daha da
çətinləşdirir.
Buna görə də ailə qurmaq istəyirsinizsə tələblərinizi bir daha gözdən
keçirməlisiniz. Seçəcəyiniz insanın pul kisəsinə deyil, sizə olan
münasibətinə baxmalısınız.

Daxili vəziyyət
"Mən mütləq özümə həyat yoldaşı tapmalıyam” deyə özünüzə söz
verməyin. Bu hisslə yaşayan qadının gözlərində sanki həmişə kimisə
axtarırmış kimi ifadə olur. Bu isə kişiləri ondan uzaq durmasna gətirb
çıxarır.
Dəyişməyə çalışın. Kişiləri ər axtaran deyil, yaxşı vaxt keçirmək
istəyən qadınlar daha çox cəlb edir. Kişilər bir sözlə ovlanmağı deyil,
ovlamağı sevirlər.

Ziddiyyət münaqişəsi
Növbəti göstəriş – daxili ziddiyyət. Bir yandan qadın ailə qurmaq
istəyir digər tərəfdən isə onun artıq öyrəşdiyi meyarlar var ki, onları
dəyişmək çətin gəlir. Çox vaxt qadınlar namizədlərini özləri
uzaqlaşdırırlar. Çünki həyat tərzlərini dəyişmək və nələrisə qurban
vermək onları qorxudur.

Özündən qeyri-əminlik
Bəzi qadınlar hesab edir ki, əgər 30 yaşa kimi alə qura bilməyiblərsə
deməli onların çatışmazlıqalrı çoxdur. Onların evi, dostları, yaxşı
maddi durumu olsa belə onlar özlərindən qeyri- əmin olurlar.
Burdan belə nəticə çıxır ki, qadın özünü sevmirsə onu heç bir kişi
sevə bilməz. Öz nailiyyətlərinizlə fəxr etməyi bacarın. Kişiləri həmişə
uğur qazanan qadınlar cəlb edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!