Toy rəqsi necə olmalıdır? - Gəlin Adaylarına

Toy rəqsi necə olmalıdır? - Gəlin Adaylarına
Evlilik
10.09.2017 107
Evlənirsiniz… toy dəvətnamələriniz tam hazır, toyun keçiriləcəyi
məkan, hətta qonaqlara verəcəyiniz yeməklərin mənyusu da hazırdır. Toyda
geyiniləcək gəlinlik və bəylik paltarlarınız da hazır. Yeni evinizin
dekorasiyası, əşyaları, xalçası, pərdəsi və s. ürəyiniz istədiyi
kimidir. Hər bir şey hazırlanıb. Amma yenə də narahatsınız ki, nəsiə
çatışmır. Bəlkə bu toy rəqsi ilə bağlıdır. "Mən etməsəm olarmı, yaxud da
bu etməkdən çox utanıram” deyirsiniz. Əlbəttə ki, toy rəqsini heç nə
əvəz edə bilməz. Odur ki, diqqətli olun.

Toyunuzdakı birgə rəqs əslində sizin rəsmi ər-arvad olandan sonra ilk
rəqsiniz olacaq. Çox böyük ehtimal ki, bu rəqsinizin fotoşəkillərinə və
video görüntülərinə hələ uzun illər boyunca baxacaqsınız. Buna görə də
toy rəqsinə sıradan bir addım kimi baxmaq düzgün sayılmaz. Buna xüsusi
hazırlaşaraq həm özünüzə, həm də toyunuza toplaşan qonaqlara xoş anlar
bəxş edin.

"Mən rəqs edə bilmərəm”, "çox həyəcanlana bilərəm,
rəqsim də yarımçıq qalar” fikrini beyninizdən sılıb atın. Əgər toy
vaxtına bir az zaman qalıbsa hətta birlikdə xüsusi kursa da gedə
bilərsiniz. Çünki sizi hazırlayacaq insan xarakterinizə uyğun rəqs qura
bilər.
Rəqsə hazırlaşarkən toyda geyinəcəyiniz qiyafətlə də sınaq keçirə
bilərsiniz, belə olduğu halda isə toyda özünüzü daha rahat hiss
edəcəksiniz.
Toyunuzu lentə alacaq operator və şəkilçəkənlə əvvəlcədən danışın ki, rəqsinizi uzaqdan çəksin.
Rəqsinizin anonsunu edəcək şəxsdən rəqsə yalnız bəy və gəlini dəvət
etməsini xahiş edin. Əks halda digər cütlüklər də rəqsə qalxar rəqsinizi
bərbad edər.

Toy rəqsi necə olmalıdır? - Gəlin Adaylarına
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!