Qohum nikahlarına "yaşıl işıq"

Qohum nikahlarına
Evlilik
10.09.2017 30
Amerikalı və yenizelandiyalı alimlərdən ibarət qrup uzun-uzadı araşdırmalardan sonra indiyədək əminliklə iddia olunan bir məsələnin əslində yanlış olduğunu üzə çıxarıblar. Alimlər müəyyənləşdiriblər ki, əmioğlu ilə əmiqızının nikahından bir çox hallarda dünyaya xəstə uşaq gəlməsi haqda iddiaların heç bir əsası yoxdur. "Raut.ru" saytı xəbər verir ki, bir sıra ölkələrdə, məsələn, ABŞ, Böyük Britaniya, Koreya, Tayvan, Çin və Yaponiyada belə nikahlarla bağlı məqamlar hətta qanunvericilikdə də əksini tapıb. Lakin Massaçusets universiteti və Otaho klinikasının alimləri müəyyənləşdiriblər ki, ananın 35 yaşından sonra dünyaya gətirdiyi körpələr arasında xəstəlik halları daha çoxdur və bu, körpənin atasının kimliyindən qətiyyən asılı deyil. Maraqlıdır ki, Ümumdünya Səhiyyə Təşkilatının rəqəmləri də son nəticələri təsdiqləyir. Qurum bildirir ki, qohumluq əlaqəsi olan cütlüyün uşaqları arasında ölüm halları digərləri ilə müqayisədə 3 dəfə azdır. Son tədqiqatın müəlliflərindən olan Karl Riddon körpənin sağlam olması üçün, sadəcə, vaxtında lazımi tibbi prosedurları keçməyin vacib olduğunu bildirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!