Evlilikdə maddiyyat

Evlilikdə maddiyyat
Evlilik
10.09.2017 34
Ailədə hər zaman maddiyyat ikinci planda olmalıdır. Ailə qurmaq-həyat yoldaşım çox zəngindir, çox qazanır kimi cümlələr qurula bilinməyəcək qədər əhəmiyyətli bir varlıqdır . Bədbəxt evliliklərin təməlində əksərən ən aktual səbəblərdən biri olan madiyyat, maddiyyata söykənərək qurulan ailələrdir. Elə pulu olub da bədbəxtliyində boğulan insanların söylədiyi "pul hər qapını açar" sözü heç də doğru deyil.Ancaq unudulmaması lazım olan bir detal da vardır ki, dolanışığın həddindən artıq çətin olduğu ailələrdə isə həyat yoldaşları daha çox işləyim,qazanım,ailəmi daha yaxşı saxlayım düşüncəsiylə bir-birlərinə vaxt ayıra bilmirlər, bir-birinə qarşı maraqsızlıq yaranır, sevgi-hörmət çərçivəsindən uzaqlaşır.Universal bir qayda vardır; Ölçülü olmaq... Bu qədər yerində və doğru deyilmiş ikinci bir söz daha ola bilməz.İnsanın gözündə nə pul,mal mülk sevdası olmalı ,nə də ki eşqindən gözü aşkar səhvlərə kor olmamalıdır. Hər zaman üçün nə yalnız maddiyyat ,nə də mənəviyyat tək başına yetərli olmayacaqdır. Hər vaxt bir orta yol axtarılmalı və o yol tapıldığında çox xırdalamadan düşünülmüş qərar tətbiq olunmalıdır. Evlilikdə ölçülü olmaq hər vaxt xoşbəxt olmaq üçün işə yarayar.Bəs sizcə evlilikdə maddiyyat nə qədər əhəmiyyətlidir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!