EVLILIK

EVLILIK
Evlilik
10.09.2017 29
Bütün həyatı boyu bir yerdə ola biləcəyiniz biri ilə,yaxşı və pis gündə hər şəyi bölüşmək üçünmü evlənmək istəyirsiniz, yoxsa bu 4 səhv səbəbdən ötrümü...?1. SevirəmSevgi ötəri bir hissdir,qalan sadəcə aradakı hörmətdir.... Sevirsizsə o sevginin əminlik yarada biləcək qədər hörmət qazanmağa çalışın...Arada olan sərhədləri bir-birinizə aşmamağı aşılıyın... Evlənmə qərarı almaq üçün aradakı sevginin anlaşma ilə əvəzlənməsini gözləyin,gözləyin ki gələcək ailə həyatında problemlərin öhdəsindən bir yerdə gələ biləsiniz... 2. Yalnızlıqdan sıxılıramMəlumdur ki təkliydən sıxılırsız,amma inan ki təklikdən olduğu kimi birlikdə olmaqdan da sıxılacaqsınız... Üstəlik ondan daha da bezəcək və sıxılacaqsınız,çünki yalnızlıq gec-tez sizin idarəniz altında olan bir haldır.Tək başınasız çünki, istədiyinizdə hər yerə gedə bilirsiz, istədiyinizdə televizorda hər hansısa kanalı izləyə bilirsiz,amma birlikdə olduqda bu hallar mümkünsüz görünə bilər... 3. Övlad arzusuÖvlada sahib olma qaydalarını dərindən mənimsəmədikcə bunu istəməkdən çalışın daşınasız...Analıq hissi gözəl hiss olsa da,bunun sonrası olduğunu düşünməyi də unutmayın...4. Maddi vəziyyətPul heç bir zaman xoşbəxtliyin açarı deyidir, ola da bilməz...Bir insanla paylaşılacaq xoşbəxtlik, sadəcə lüks avtomobildən və restoranlarda vaxt keçirilirsə buna xoşbəxtlik deyilə bilməz... Gələcəkdə isə bunların hər hansı bir səbəbdən olmaması ailədə ciddi mübahisələr yarada bilər və ən son anda isə ayrılığa gətirib çıxarda bilər...Bunların baş verməməsi üçün isə hər bir detala ciddi yanaşmalı və dəfələrlə gözdən keçirmək gərəkir...Ailə ölkənin kiçik modelidir...!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!