Gəlinlər və qaynanalar

Gəlinlər və qaynanalar
Evlilik
10.09.2017 22
Gəlinlər qayınanalarla necə davranmalıdırlar?
*Qayınananızı ananızdan ayırmayın. Özünüz də bir gün qayınana olacağınızı unutmayın
*Onun səhv tərəflərini görməməzliyə vurun, düz tərəflərini isə hamıya danışın.
* Qayınananıza sevginizi ifadə etməkdən çəkinməyin.
*Aradakı nəsil fərqini nəzərə alaraq anlaşılmazlıqları səmimi qarşılamağa çalışın.
*Bayramlarda, əlamətdar günlərdə qayınananıza zəng edin və ya qonaq gedin.
*Həyat yoldaşınızın ata-anasını tez-tez görməsindən narahat olmayın. Unutmayın ki, onun ata-anasına nə qədər ehtiyacı varsa, sizin də ata-ananıza o qədər ehtiyacınız var.
*Ananızla mübahisə etdikdən sonra onun necə könlünü alırsınızsa, qayınananızla da mübahisə etdikdən sonra onun könlünü o cür alın...

Qayınanalar gəlinlərlə necə davranmalıdırlar?
*Gəlinizi qızınızdan ayırmayın. Özünüzün də bir vaxtlar gəlin olduğunuzu xatırlayın.
*Gəlininizə səhv tərəflərini xətrinə dəymədən deyin, düz tərəflərini isə hamıya danışın.
*Gəlinizə sevginizi ifadə etməkdən çəkinməyin.
*Gəlininizin gördüyü hər işə müdaxilə etməyin, bəzən sizin istədiklərinizi etməsə belə, bunu səmimi qarşılamağa çalışın.
*Bir də unutmayın ki, siz gəlininizlə nə qədər xoşbəxt olsanız, oğlunuz da gəlininizlə bir o qədər xoşbəxt olar.
*Gəlninizin ata-anasını tez-tez görməsindən narahat olmayın.Sizdə sizi tez-tez görməyə gələn qızınızı xatırlayın.
*Bəzən qızınız "şıltaqlıq" edə biləcəyi kimi edə biləcəyi kimi gəlninizin də "şıltaqlıq" edə biləcəyini unutmayın.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!