Gəlin-qaynana mübahisələri necə sona çatar?

Gəlin-qaynana mübahisələri necə sona çatar?
Evlilik
10.09.2017 5
Nəzakətli olun

Haqqınızda nə qədər pis şeylər söyləsə də mərhəmətsiz də olsa siz susun. Ona onun tərziylə cavab versəniz ondan heç bir fərqiniz qalmaz və haqlıykən haqsız vəziyyətə düşə bilərsiniz. ‘Susun cavab verməyin' demirik təbii ki, haqqınızı müdafiə edəcəksiniz, amma bu hörmət çərçivəsində olmalı.



Onu tənqid etməyin

Yoldaşınızın qarşısında onu əsla tənqid etməyin! Yoldaşınız o vəziyyətdə 2 qaya arasında sıxışmış kimi hiss edəcək. Anasını ya da sizi müdafiə etməyə keçsə ən zərərli o olacaq.Yoldaşınızı arada buraxmayın.



Kompliment deyin

Yoldaşınızın yanında anasına ‘bu gün gözəl görünürsən, yuxunumu aldın? Nə gözəl qoxursan‘ kimi iltifatlar edin. Yoldaşınız anası ilə ünsiyyət qura bilmək üçün çalışdığınızı görüncə sizə daha çox bağlanacaq.



Onu sakitləşdirin

Qaynananız hirsli və əsəbi isə üzünüzdə bir gülümsəmə ilə onu dinləyin və sanki uşaqmış kimi onu sakitləşdirməyə çalışın. Bu vəziyyətdə əllərini tutmaq yaxşı gələcəkdir. Çünki fiziki təmas ünsiyyətdə təsirli qaydalardan biridir.



Üzünü turşutmayın

Yumorist olun. Sizi incitdiyində, əsəbiləşdirdiyində ona gülüş doğuran cavablar verin. Sizə bir şeyləri şikayət edərkən maraqlı cavablar verməyə çalışın. Baxarsınız mübahisəniz qəhqəhələrlə sona çatar.



Zaman tanıyın

Onu tanımaq üçün bir az zaman ayırın. Həyatını soruşun, buraxın izah etsin. Bu onun qorxu və narahatlıqlarını daha yaxşı anlamanıza imkan verəcək.



Hörmət edin

Onun fikirlərinə  hörmət edin. Ondan keks tərifini istəyin, yemək edərkən onunla məsləhətləşin. İş və uşaq böyütmə tarazlıqlarını necə qoruduğunu soruşun. Bunlar onu rahatlaşdırmaq üçün yaxşı fürsətlərdir.



Ünsiyyət qurun

Evinə qonaq getdiyinizdə o yemək hazırlayarkən yanında oturun söhbət edin.



Hədiyyə alın

Aldığınız hədiyyə onun üçün araşdırma etdiyiniz və səy sərf etdiyiniz mənasını verər. Yoldaşınıza onun ən sevdiyi rəngi, nələrdən xoşlandığını soruşun. Bu düşüncəli olduğunuzu və onu tanımaya başladığınızı ifadə edər.



Rəqabət aparmayın

Ən yaxşı peçenyeləri onun etdiyini qəbul etməsinizsə belə bunu ona söyləyin. Qüruru oxşanılacaq. Hər fürsətdə nə qədər mükəmməl bir uşaq böyütdüyünü deyin.Yoldaşınızın anası ilə vaxt keçirməsinə icazə verin.



Kim olduğunu unutmayın

Fərdi hissləriniz nə olursa olsun yoldaşınıza maneə törətməyin. Qaynananız sizi sevmir ola bilər tamam amma sizdə onu sevmirsiniz. Bu vəziyyətdə ona ediləcək ziyarətləri dayandırmayın. Bir ana baxımından xatırlanmaq həyat baxımından çox əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!