Evlilik yorğunluğu

Evlilik yorğunluğu
Evlilik
10.09.2017 32
Əsrlərdir müqəddəs təşkilat olaraq adlandırılan evlilik, çoxu insanın xəyallarını bəzəyərkən, kimiləri üçün də ciddi bir qorxu qaynağıdır. Müxtəlif çətinlikləri aşaraq evlənən cütlükləri gözləyən ən pis sürpriz isə evlilik yorğunluğu!dur Nevroloq Məmməd Yavuz cütlüklərə həyat qurtaran təkliflər təqdim edir!

Evlilik yorğunluğu evləndikdən 2,5 il sonra başlayır!

‘'Eşqim, sevgim bitdi, artıq həyəcanım qalmadı'' kimi ifadələrlə sonlandırılan evliliklərdə bitən əslində eşq və sevgi deyil, dostluq və paylaşmadır. Edilən araşdırmalarda evlilik yorğunluğunun evləndikdən 2,5 il sonra başladığını ifadə edən Dr. Məmməd Yavuz, hal-hazırda bir çox cütlüyün eşqi; dostluq və sevgiyə çevirə bildiyini, bunu bacara bilməyənlərinsə nəfəsi məhkəmədə kəsildiyini bildirir.


Ən əhəmiyyətli faktor təhsil uyğunlaşması!
İqtisadi və fiziki uyğunlaşma, yaş uyğunlaşması, inanc uyğunlaşması və cinsi uyğunlaşma kimi bənzərliklərin heç biri evlilik yorğunluğunu önləmədə təyin edici deyil. Cütlüklərdən biri çox zəngin digəri çox yoxsul ola bilər ya da biri gənc digəri yaşlı ola bilər. Evlilik yorğunluğunu önləyən ən əhəmiyyətli faktorun təhsil uyğunlaşması olduğunu ifadə edən Dr. Yavuz, belə cütlüklərin bir-birini anlaya bildiyini, bir çox mövzunu birlikdə müzakirə edib paylaşa bildiyini və ən əhəmiyyətlisi danışa bildiyini vurğuladı. Dr. Yavuz danışan bir cütlüyün də çox əhəmiyyətli problemlər olmadıqca evlilik yorğunluğuna yaxalanma riskinin çox az olduğunu sözlərinə əlavə etdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!