Mən haqlıyam

Mən haqlıyam
Evlilik
10.09.2017 38
Evliliyin ilk günlərində tərəflər bir-birilərinə güzəştə getməyə daha çox meyilli olurlar. Buna görə də kiçik məsələləri böyütmür, həmçinin üzr istəməyi də unutmurlar. Digər tərəfdən, mübahisələri ən az itki ilə başa vurmağa çalışır, lazım gəldikdə isə susmağa üstünlük verirlər. Bir-birlərini yenii tanıdıqları üçün hər hansı bir gərginlikldə geri çəkilir və Deməli həyat yoldaşımla sakit olanda danışmaq daha yaxşıdır kimi ifadələrlə öz-özlərinə hesabat verirlər. Bir sözlə ilk vaxtlar bir-birlərini tanımaq üçün yeni üsullar kəşf edən tərəflər bu şəkildə mübahisələrin böyüməsinə mane olur və yeri gələndə haqsız olduqlarını ifadə etməkdən də çəkinmirlər. Ancaq tərəflər bir-birlərini az-çox tanımağa başladıqdan sonra yuxarıda dediklərim yerini qarşılıqlı ittihamlar tutmağa başlayır. Beliklə, tərəflər öz səhvlərini görmür və bu səhvləri daha çox qarşı tərəfdə axtarmağa çalışırlar. Ən təhlükəsi isə bütün bunlar məsələnin kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq baş verir. Bir sözlə, hər iki tərəfin Mən haqlıyam iddiaslna düşməsi ailədə gələcək problemlərin bünövrəsinin qoyulmasına səbəb olur. Bunun qarşısını almaq üçün isə ən yaxşı yol tərəflər arasında qarşılıqlı empatiya qurmaqdır. Bir sözlə əgər siz Mən haqlıyam deməyə başlayırsınızsa deməli, bu sizin münasibətlərinizdə problem olmasından xəbər verir.
 Çünki heç bir mübahisədə yalnız bir tərəf günahkar deyil. Ona görə də belə hallarda qarşı tərəflə empatiya (Empátiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur.)qurmaqla başqa sözlə özünüzü qarşı tərəfin yerinə qoymaqla problemin qarşısını ala bilərsiniz. Çünki tərəflərin özlərini haqlı görmələri mübahisədə prosesində onların aqressivliyini daha da artırır. Ancaq bu məsələdə bir məqamı da unutmaq olmaz ki, bu da mübahisə prosesində tutduğunuz mövqeni hətta haqlı olsanız belə sizi haqsız vəziyyətə salmasıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!