Qaynana ilə münasibət!

Qaynana ilə münasibət!
Evlilik
10.09.2017 13
Əlinizi ürəyinizin üstünə qoyub and içsəniz belə hamiya məlumdur ki qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz. Bu həqiqət dunyanın özü kimi köhnə bir həqiqətdir.Sadəcə ona görə ki, iki qadın bir evdə sahibə rolunda heç vaxt ola bilməzlər necə ki, iki qadın bir kişinin ürüyində eyni zirvəni fəth edə bilməz .İki qadin kişini özünə cəlb etmək üçün həmişə rəqabətdə olub və olacaq da. Ümumiyyətlə iki qadın bir yerdə həmişə biri birinə rəqibdirlər.

Bütün bunlara rəğmən həmişə kompromiss variantlar axtarmaq lazım gəlir.Qeyd etmək lazımdır ki, belə hallarda çox vaxt gəlin ğüzəştə getməli olur.Sadəcə ona görə ki, gəlinə yeni yerdə möhkəmlənmək üçün vaxt lazımdır.Bu cəhətdən qaynana daha güclü və daha üstün görünür.Bununla belə qaynanaya da evdə yeni bir gücün yetişməsi ilə barışmaqadan başqa çarə qalmır ( onun fikrincə məhz gəlin illərdən bəri formalaşmış ana oğul münasibətlərinin arasına girir).Əgər bu möhkəm dairəni qırmaq dağıtmaq mümkün deyilsə, onda mümkün qədər mülayim münasibətlər qurmağa çalışmaq və evdə şəraitə uyğun sülh və əminamanlıq üçün yeni hərəkət planları hazırlamaq lazimdir.Həmişə yadda saxlamaq lazımdır ki ,qaynananız yaşlı qadındır və ona qarşı sizin münasibətiniz bütün yaşlılara qarşı olduğu kimi olmalıdır, yəni ən azından hörmət mütləq olmalıdır.Təcrübə göstərir ki, bu hörmət müəyyən vaxtdan sonra mütləq oz bəhrəsini verəcək.Sadəcə bir həqiqəti başa düşmək lazımdır ki, bu qadın (qaynana) da oğlunu sizin kimi dərindən sevir . Ona görə də qaynananı ailədən kəskin şəkildə və birdəfəlik uzaqlaşdırmağa çalışmayın bu heç də yaxşı nəticə verməyəcək.



Çinlilər deyirdilər ki, sevgi səbəb və sübutdan doğur.Sübut edin ki, sizin həyat yoldaşınız sizin üçün nə qədər vacibdir . O özü bunu birinci qiymətləndirəcək.

Həmişə kompromisə gedin lakin eyni zamanda öz mövqeyinizi də ortaya qoyun ."Xarakter göstərin" amma bunu yerli - yersiz etməyin hər xırda bir şey üçun mubahisə etməyə dəyməz .. Qaynananızın fikirlərinin sizin üçün önəmli olduğunu xüsusi vurğulayın, məişət problemləri ilə bağlı ona suallar verin , məsləhətləşmələr aparın.Səbirli olun tez və ani nəticəni gözləməyin . Bəzən qaynananın gəlinə qarşı istəyinin yaranması üçün illər tələb olunur.

Yeni gənc ailələrdə böyük problemlərdən biri də bu ailənin ayrı və ya valideyinlərlə birgə yaşaması ilə baglidir.Bu barədə müxtəlif fikirlər var və hər biri də özünə görə doqru sayıla bilər. Qaynananın yaninda yaşayan gəlin hökmən bu evdəki qayda qanuna tabe olmalıdır . Bu qaydaları qaynana təyin edib və onların dəyişilməsi mümkünsüz görünur. Belə halda gəlin müəyən mənada asılı vəziyyətə düşür və konfliktlərin yaranması üçün şərait yaranır.Bununla belə ayrı yaşadıqda belə qaynana ilə gəlin arasında problem ola bilər . Belə ki belə hallarda çox vaxt qaynanalar fikirləşirlər ki, gəlin onlarin oğullarını əllərindən alır. Belə hallarda gəlin çox ehtiyatli olmalıdır . Bura mənim evimdir ailəmdir get öz evində ağalıq et kimi frazalardan qəti istifadə etmək olmaz.Bu həm səviyyəsizlikdir həm də konfliktin dərinləşməsinə səbəb olar.

Daha bir neçə məsləhət, bu məsləhətlər problemi tamamilə aradan qaldırmasa da hər halda munaqişəli vəziyyətlərin azalmasında xeyirli olar. Qaynananızla daima temasda olun .Hətta onunla rəfiqəlik də etmək lazımdır ( bu bir qədər çətin görsənsədə). Əgər ayrı yaşayırsınızsa qaynananıza tez- tez zeng edin ,onun əhvali ilə maraqlanın.Heç vaxt həyat yoldaşınızı anasının əleyhinə qaldırmağa cəhd etməyin. Vəziyyət gərginləşəndə onun kimin tərəfini tutacağına heç kəs 100% qarant verə bilməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!