Evlənmədən öncə kişiyə 3 sual verin!

Evlənmədən öncə kişiyə 3 sual verin!
Evlilik
10.09.2017 31
Ondan çox xoşunuz gəlir, vaxtaşırı görüşürsünüz və artıq
sevgili olmaq istəyirsiniz. Bir müddət daha səbir edin və xoşunuza gələn
kişiyə aşağıdaki 3 sualı verin. Beləliklə, onu daha yaxşı
tanıyacaqsınız və ciddi  münasibətə başlayıb-başlamamaq haqqında qəti
qərar verəcəksiniz.
İşini sevirmi?
Kişinin işinə qarşı münasibəti onun gələcəkdə necə həyat yoldaşı
olacağı ilə bağlı sizdə fikir yarada bilər. İşini hər şeydən çox sevən
bir kişi qadınlar üçün ideal deyil. Çünki belə adamlar adətən bütün
həyatlarını işlərinə görə planlaşdırırlar və sevgi, romantika, ailə
ikinci planda qalır. Romantik anlar yaşadığınız məqamda belə işindən
bəhs edirsə, o insanla ciddi münasibətə başlamaq mövzusunda bir daha
düşünün. İşini nə qədər sevdiyini ondan soruşun və qərarınızı verin.
Sizdən öncəki münasibəti necə idi?
Bu sual sizə qəribə görünə bilər. Ancaq əmin olun ki,  bir kişinin
sizdən öncəki qadınına münasibəti sizə çox şey deyə bilər. Bu sualı ona
anidən verməyin, gözləyin,  gülüb əylənərkən zarafatcıl bir dillə öncəki
qadınını soruşun.
Yetkin bir insandırsa, keçmiş sevgilisindən niyə ayrıldığını sakit
şəkildə izah edəcək. Yox keçmiş sevgilisi haqqında kobud ifadələr
işlədir, söyür və ondan söhbət salanda əsəbləşirsə, bilin ki, nə vaxtsa
sizdən ayrılanda da eynilə belə davranacaq.
Niyə borcu var?
Hamının banklara və ya tanış adamlara borcu ola bilər. Ancaq baxır bu
borc nəyin müqabilində yaranıb. Bəzi insanlar yeni iş qurmaq üçün,
sağlamlıq problemlərini həll etmək üçün və digər önəmli məsələlərlə
əlaqədar olaraq borc almalı olurlar. Elələri də var ki, lazımsız şeylərə
pul xərcləyirlər. Məsələn, çoxlu borcu olduğu halda özünə maşın və ya
motosikl alan biri məsuliyyətli ola bilməz. Bu tip insanla ailə qursanız
gələcəkdə böyük problemlər yaşaya bilərsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!