Nişan üzüyü haqqında nə bilirik?

Nişan üzüyü haqqında nə bilirik?
Evlilik
10.09.2017 27
Qədim Misirdən gələn ənənə

Hələ qədim Misirdə nikah mərasimi zamanı üzüklərin dəyişdirilməsi ənənəsi var idi. O zaman üzük sol əlin adsız barmağına taxılırdı ki, inanca görə, məhz həmin barmaqdan çıxan arteriya ürəyə gedir. Qədim misirlilər inanırdılar ki, bununla sevgini bütün ömrü boyu qoruyub saxlamaq mümkün olacaq. Qədim yunanlar adsız barmaqdan keçən həmin arteriyanı "həyat xətti” adlandırırdılar. Ona görə də nişan üzüyü uzun müddət həmin barmağa taxılardı. Həmin ənənə indi də cüzi dəyişikliklərlə davam edir.



Adətlər

Ənənəyə görə, üzüyü ailə quran kişi almalıdır. Bu zaman əsas önəm hansı metaldan hazırlanmasına və qiymətinə verilir. Bu, zövqdən asılı olan məsələdir və əslində həyatda heç bir əhəmiyyət daşımır. Bir şeyi bilmək lazımdır ki, nişan üzüyü ömürlük olmalıdır. Bəzi qızlar üzüklərinin brilyant və ya digər bahalı qaşdan olmasını istəyirlər. Nişan üzüyü kişi və qadın arasında olan sevgini simvolizə edir. Nişan mərasimində üzüklər götürülüb taxıla və ya hər iki gənc əvvəlcədən taxdıqları üzüklərini dəyişdirə bilərlər. Bəzən nişan üzüklərinin miras keçməsi ənənəsi də var. Bu, gələcək ər-arvada valideynləri tərəfindən hədiyyə oluna bilər. İnanca görə, belə üzüklər gənc ailəyə xoşbəxtlik gətirir. Əgər valideynlər uzun və xoşbəxt həyat yaşayıblarsa və sonra öz nişan üzüklərini öz övladlarına veriblərsə, bununla xoşbəxt ailə estafetini də gənc ailəyə ötürmüş olurlar. Bəzi gənclər öz üzüklərini hər hansı bir üzükdən düzəltdirirlər. Belə ki, üzük əridilərək ondan iki nişan üzüyü düzəldilir. Bəzi ölkələrdə bu da uğurlu əlamət sayılır.



Tendensiya

Bəzən nişan üzüklərinə toyun tarixi, sevimli mahnıdan bir cümlə, sevdiyin şəxsin adı və s. yazdırılır. Bu, əllə və ya maşınla yazıla bilər. Əl yazısı daha eleqant görünür. Lakin bu zaman üzüyün dəqiq sizin barmağınızın ölçüsünə uyğun olub-olmadığı nəzərə alınmalıdır. Çünki üzük böyük olarsa, yazıdan sonra onu kiçiltmək mümkün olmayacaq. Nişan üzükləri seçilib alınandan sonra onlar bəydə qalmalıdır. Ənənəyə görə, nikah mərasimində üzüklər ya bəy, ya da onun şahidi tərəfindən gətirilməlidir. Əgər nikah mərasimi təntənəli şəkildə keçirilərsə, o zaman nişan üzükləri xüsusi və bəzəkli qabda gətirilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!