Evliliyin insanları yaxınlaşdırdığı doğrudur

Evliliyin insanları yaxınlaşdırdığı doğrudur
Evlilik
10.09.2017 16
Evlənmədən əvvəl dərhal hər kəs evlilik həyatının onların həyatlarını necə dəyişdirəcəyinə dair xəyallar qururlar...

 

Çox təəssüf ki, bir çox adamlar evliliklərinin ilk illərində, xəyal etdikləri ilə yaşadıqları arasında çox böyük fərq olduğunu görərək xəyal qırıqlığına uğrayırlar. İnsanların və həyatın davamlı dəyişdiyinin fərqində olub bu dəyişiklərlə ayaqlaşmaq həyatınızın hər dövründə sizi bir addım irəliyə aparacaqdır.

 

 Xoşbəxt və uzun bir evlilik üçün sevginin yetərli olduğunu düşünmək ən böyük səhvlərdən biridir. Evliliyin getməsi üçün eşqdən  daha çoxuna ehtiyac vardır. Səbir, empati, düşüncəli olmaq bunlardan yalnız bir neçəsidir. Xoşbəxt bir evlilik üçün güc sərf etməniz lazımdır.

 

Ümumiyyətlə evlilik bağı münasibətləri gücləndirəcəyinə inanırlar. Evliliyin insanları yaxınlaşdırdığı doğrudur. Nəticə olaraq birlikdə bir həyat sürmək üçün söz verirsiniz. Amma qarşılıqlı fədakarlıq etmədən əlaqənizin güclənməsini gözləməyin.

 

Hər insan fərqli xüsusiyyətlərə sahibdir və maraqlandıqları şeylər də təbii olaraq fərqli olacaqdır. Təbii ki, yoldaşınızla paylaşdığınız bir neçə maraq sahəsi və ya həvəs olması gözəl, amma bunların olmaması da evliliyiniz üçün bir problem deyildir. Fərqli şeylərə maraq etməniz, bir-birinizi tamamlamanıza köməkçi olacaqdır.

 

İndiki zamanda bir çox insanlar evlənmədən əvvəl birlikdə yaşamağı seçir, amma bu, evləndiklərində xoşbəxt bir evlilikləri olacağı mənasını verməz. Çünki xoşbəxt bir evlilik üçün səy sərf etmək lazımdır.

 

Edilən araşdırmalar, xüsusilə ilk uşağın, cütləri bir-birlərindən uzaqlaşdırdığını göstərir. Bunun səbəbi, körpənin cütlərin həyatını dəyişdirməsidən ibarət olan stresdir. Təbii ki, bu bir qayda deyildir. Körpə sahibi olub xoşbəxtliklərinə xoşbəxtlik qatan cütlüklər daha çoxdur.

 

PS: Allahın Peyğəmbəri (s.a.a.) buyurur: Asimanın rəhmət qapıları dörd yerdə açılır: yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kəbənin qapısı açıldıqda və nigah baş verdikdə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!