Münasibətin mərhələləri

Münasibətin mərhələləri
Evlilik
10.09.2017 7
Biriylə görüşməyə başlayarkən əvvəlcə onun necə xarakterli olduğunu düşünərik. Bir qədər sonra isə məsələ ciddiləşdikdə onun uşaqlarımıza necə ata ola biləcəyi barədə düşünməyə başlayarıq.



"Cici qız" mərhələsi

Bu müddət əlaqənin başlanğıc dövrüdür. İlk görüşmə ilə başlamalıdır. Normalda olduğumuzdan ikiqat daha anlayışlı olmalıyıq. Qısqanclıq və məhdudiyyət haqqında düşünmək üçün hələ tezdir. Qarşı tərəfin etdiyi hər zarafata gülümsəməyə çalışın, gülməli olması vacib deyil!



Aşiq olma mərhələsi

Üçüncü və ya dördüncü həftənin axrında tanış olma mərhələsi artıq sona çatır. Qarşı tərəfi təsiriniz altına salmağın və əlaqənin ömrünün uzun olacağını göstərməyin zamanıdır. Edilən sürprizlər, gözlənilməz vaxtlarda göndərilən sevgi dolu mesajlar və ən əhəmiyyətlisi, gözəl sözlər bu mərhələnin müvəffəqiyyətli keçməsini təmin edər.

[/b]
 
[b]Dürüstlük mərhələsi
İki ay şirin və kiçik mübahisələrlə keçər və cütlər bir-birlərinin başqa üzlərini görməyə başlayarlar. Bu dövr çox kritikdir. Çünki münasibət ya davam edər, ya da ona son qoyular. Yola vermək kimi bir şansı yoxdur. Keçmiş əlaqələr, nə qədər maaş aldığı, neçə manat kirayə ödədiyi və s. barədə danışılar. Əvvəllər hörmət edilən hadisələr yox olmağa başlayar. Bu mərhələ böyük zədə alınmadan keçilrilsə, sonrakı mərhələlər üçün güclü təməllər atılır.



Evlilik vaxtı gəlib çatıb

Cütlərin bir-birlərini yaxşı tanımağa başladığı, dəyişməyə və lazım olsa, dəyişdirməyə başladığı dövrdür. Qarşı tərəfin qorxaraq baxdığı evlilik mövzusunu asan yolla həll etmək və bunun üçün nə qədər uyğun olduğunuzu göstərməyiniz lazımdır. Bunun üçün edilməsi lazım olan ən əhəmiyyətli şey əlbəttə ki, gözəl yemək bişirməkdir. Kişilər gözəl yemək bişirən xanımlarla ailə qurmaq istəyərlər. Digər əhəmiyyətli detal isə təmizlikdir. İnsan özündə olmayanı başqasında axtarar, maraq göstərər. Səliqəsiz kişilər hər zaman baxımlı xanımlara heyran olarlar.



Ailəsi ilə tanış olmaq vaxtı gəldi

İki tərəfin də ən çox qorxduğu bu mərhələdir. Xanımlar üçün sevdiyi insanın anasıyla tanış olmaq çox çətindir. Ortada sonu olmayan rəqabət olacaq, qısqanclıq baş verəcək. Kişi isə bir o yana, bir bu yana dönüb qalacaq. Belə gərgin bir vəziyyət yaratmamaq üçün təmkinli olmalıyıq. Oğlunu çox sevdiyimizi, amma ondan almağa çalışmadığımızı göstərməliyik. Bundan əlavə, qaynanamıza gözəl sözlər deyib, yeməklərinin çox dadlı olduğunu bildirməliyik. Beləliklə, onun ürəyinə yol tapıb özümüzü sevdirə bilərik.



Toy hazırlıqları başlasın!

Ananın da təsdiqini aldıqdan sonra artıq hansı gəlinliyi geyəcəyimizi qərarlaşdırmalıyıq. Bu mərhələ nə qədər stressli kimi görünsə də, nəticəsi xoşbəxt bir ailə təməlidir. Yersiz nazla kişinin ürəyini qırmaq əvəzinə gözəl rəftarla qəlbini əlimizə almalıyıq. Nəticəsi də budur, üzük artıq barmağımızdadır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!