Evlilik və eşq

Evlilik və eşq
Evlilik
10.09.2017 20
 
Tərtəmiz ütülü geyimli, gözəl ətir qoxulu, saçları səliqəli, dişləri fırçalalanılmış kişi ya da qadını sevmək asandır..
Əslində eşq, eyni insanı, səhərin qaranlığında yuxudan oyandırdığındakı ən əsəbi halı ilə də qəbul edə bilmək, eyni tualeti bir dəqiqə arayla istifadə edə bilməkdir..
 
Buna dözə bilməyənlər onsuz da aşiq deyildirlər..
 
Bu vəziyyətdə evlilik; sevdiyin insana qarşı olan duyğularını öldürür deyilə bilər…
Çünki aşiqsənsə, eyni havanı tənəffüs etmək belə zövq verər, həmişə birlikdə olmaq istəyərsən, duşdan gələn su səsi belə onun evdə olduğunun işarəsidir və hüzur verər..
 
Ütülədiyin köynəyin ona nə qədər çox yaraşacağını düşünərsən…
Bişirdiyin yeməyi nə çox sevəcəyini xəyal edərsən...
On dənə ayaqqabısı varkən, on birinciyə sahib olmaqla xoşbəxt olacaq deyə, istədiyin köynəyi almaqdan imtina edərsən..
Zamanla almaqdan çox bir şey verməkdən xoşbəxtlik yaşadığını kəşf edərsən..
 
Əgər qadın evlilikdə ikinizə yemək bişirəcək, şkafı yığışdırıb, ütünü edəcək bir ana olaraq görülürsə, o qadının saçlarının heç yağlanılmadığını və kişinin gecələri tərləmədiyi düşünülürsə, əsla problem yaranmayacaq və tualet təmir edilərkən də gülüşüb öpüşüləcək zənn edilirsə, onsuz da gözləmə bir evlilik deyil, bir Amerikan filmində xarakterlərdən biri olmaqdır..
 
Evlilik, yalnız eşq deyil..
Evlilik; ev yoldaşlığı, sirdaşlıq, ortaq fikirlilik, ayrı mənşələrin birləşməsi, xatırlanmayan bir qohumluq əlaqəsidir..
 
Eşq bu əlaqədə ehtirası təmin edər amma tək başına ayaqda tuta bilməz…
Hələ canınız sıxıldığında onu deyil də ananızı axtarırsınızsa, yalan olub o evlilik..
Eşq evlilikdə gedər-gələr..
 
Xalçaya kola tökdüyündə eşq bitər. Amma o, xalçanı təmizləyə bilsə yenə aşiq olunar..
O aradakı sinir mərhələsini aşa bilənlər..
Dözə bilməyənlər isə ikinci evlilikdən sonra artıq evliliyin yalan olduğuna inanacaqlar..
Zəfər, müqavimət göstərənlərin olar..
 
P.S: Hər birinizə gözəl ailə həyatı arzu edirəm!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!