Həyat yoldaşınızı tıxacda seçin

Həyat yoldaşınızı tıxacda seçin
Evlilik
10.09.2017 10
Evlənəcəyiniz insanın tıxacda, ya futbol izləyərkən verdiyi reaksiyaları yaxşı izləyin,  çünki onun nə qədər əsəbi olub olmadığını ən yaxşı bu şəraitlərdə öyrənə bilərsiz.

Bədən dili şüuraltından təsirləndiyi üçün gerçək duyğuları kəlmələrdən daha düzgün ifadə edir. Məhz buna görə insanın yalan deyib demədiyini anlamaq çox asan olur.

Bir insan yalan deməyə yaxşı hazırlaşmayıbsa, bəzi işarətlər verir. Bunlara sızıntı deyilir. İnsanın nəfəs alıb-vermə nizamı dəyişər, udqunma sıxlığı, tərləmə miqdarı artar, üzdə qzarma ya da solma görünə bilər. Qan təzyiqində artım, gözdə böyümələr baş verə bilər.

 

Evlənəcəyiniz insanı bu yerlərdə müşahidə edin

Evli insanların bir-birinə yaxınlıq, ehtiras və bağlılıq dərəcəsi çox önəmlidir. Bunlara bir d düzgün ünsiyyət, duyğuları düzgün yönəltmək və məmnuniyyət də əlavə edilsə, evliliiyi daha güclü edə bilərsiz.

Yaxınlıq dedikdə tərəflər arasındakı dostluq münasibəti nəzərdə tutulur. Cütlüklərin illər keçsə də, birlikdə etdikləri hər şeydən zövq almaları, əylənmələri möhtəşəm bir şeydir, çünki qalan hisslər, ehtiras zamanla azalmış olur. Bu, bioloji bir həqiqətdir. Bir münasibəti həmişə inkişaf etdirmək mümkündür. Ancaq duyğuları necə yönəltdiyinizə baxmaq lazımdır. İnsan bu evliliyindən nə dərəcədə məmnun olduğunu özünə soruşmalıdır. Əgər dava zamanı hirsinizi idarə edə bilirsizsə, düzgün yoldasız.

Ümumiyyətlə, cütlüklərin evlilik kriteriyası 5 il olur. Bir yerdə qalmaq üçün sizə verilmiş 5 illik müddəti olan bir bilet sanki. Bu 5 ildən sonra evlilik ya davam edir, ya da bitir.

Evlənəcəyiniz insanın nə dərəcədə əsəbi xarakterə sahib olub olmadığını öyrənmək üçün onu futbol izləyərkən, ya da tıxacda müşahidə edin.  Bu ortamlarda hisslərini daha yaxşı biruzə vermiş olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!