Həyat yoldaşının yeganə və sevimli qadını olmaq istəyirsən?

Həyat yoldaşının yeganə və sevimli qadını olmaq istəyirsən?
Evlilik
10.09.2017 9
Ailə arasında olan əlaqələr özüdə bir mədəniyyətdir. Nigah-təəsüfki uzun ömürlü sevgi və sabitliyə zəmanət vermir.

Ailədə olan mehribançılıq çox vaxt qadınların üzərinə düşür. Biz qadınlar çox həssas oluruq. Əhval-ruhiyyəmizin cüzi bir dəyişikliyi əlaqələrimizədə təsir göstərir.

 

Bəs onda necə edək?

Necə edək ki, ailə vahidliyimiz güclü və sarsılmaz olsun?

Necə edək ki, həyat yoldaşlarımız dünyanın digər varlıqlarını unudaraq yalnız bizə heyran qalsın?

O zaman aşağıdakı sirləri öyrən və əməl et!
 
Ən güclü kişilərə belə bəzən mənəvi dəstək lazım gəlir.

Ona lazım olduğunuz zaman, hər bir an yanında olmağa çalışın. Ərlərinizin yardım üçün etdiyi tələbləri heç bir vaxt rədd etməyin.

Diqqətli dinləyici olmağı bacarın. Çalışın ki, ona dost olasınız. Əgər ərləriniz öz problemlərini sizinlə bölüşmək istəyirsə, onu dinləməyə vaxt tapın. Tez-tez işləri barədə soruşun, hobbisi ilə maraqlanın. Sizi maraqlandıran sualları ondan soruşmağa cəkinməyin. Özünüzü heç bir vaxt ərinizdən ağıllı göstərməyə çalışmayın. Bu sizin əlaqələrin güclülüyünü daha da etibarlı edər.

 

Ərlərinizi tez-tez tərif etməyə çalışın. Yadınızda saxlayın ki, heç bir kişi kritikanı xoşlamır. Kişilər çox qürurlu olurlar. Onlar məsxərə və lağı xoşlamırlar. Lakin onlar kişiləri qiymətləndirən və heyranlıqla baxan insanlara hörmət edirlər.

Tez-tez qayğı və sevginizi göstərməkdən çəkinməyin. Hər bir zaman xoş sözlər deməyi unutmayın.



Onu da deyim ki, kişilər kölə kimi qadınları da sevmirlər.Hər zaman inkişaf edin, dünya görüşünüzü şaxələndirməkdən çəkinməyin.O sizə qiymət verib, sizlə fəxr etməlidir. O zaman əriniz sizi layiqli tam bir şəxsiyyət hesab edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!