Qadınlar kişilərə qarşı münasibətdə harada səhv edir?

Qadınlar kişilərə qarşı münasibətdə harada səhv edir?
Evlilik
10.09.2017 46
Qadınlar kişilərə qarşı münasibətdə aşağıdakı səhvləri buraxırlar:
* Qadınlar özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər.
* Qadınlar özlərini sevdikləri şəxsə qurban verirlər; özlərini ondan sonra ikinci hesab edirlər.
* Qadınlar kişinin potensial imkanlarına aşiq olurlar.
* Qadınlar öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər.
* Qadınlar könüllü olaraq, kişilərə tabe olurlar.
* Qadınlar kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.
Qadınlar partnyorlarına tez-tez nəyisə xatırlatmalı olurlar. "Yolda ehtiyatlı ol", "İşığın pulunu ödəməyi unutma", "Tərləmisən, əynini dəyiş" kimi "tapşırıqlar" qayğıkeş qadınlar üçün adi gündəlik sözlərdir. Bu sətirləri oxuyun kimi çoxunuzun "düzdür" deyəcəyinə əminəm. Çünki bu, qadınlar arasında ən çox yayılmış haldır. Qadınlar kişilərlə uşaq kimi rəftar edirlər. Onlara elə gəlir ki, kişilər sərbəst heç nə edə bilmirlər, daim tapşırığa, nəzarətə ehtiyac duyurlar. Unutmayın ki, sizin bu rəftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edir.
Bəs qadınlar kişi ilə ana kimi rəftar edərkən hansı səhvlərə yol verirlər?
* Daim kişilərə onların görməli olduqları işlərdə kömək edirlər.
* Onlardan informasiya almaq üçün söz oyunu oynayırlar.
* Güman edirlər ki, kişilər unutqandırlar və buna görə özləri xatırlamalı olduqları şeyləri də onların yadlarına salmaq lazımdır.
* Onları uşaq kimi danlayırlar.
* Onların nəyisə düzgün edə bilməyəcəyini düşünərək məsuliyyəti öz üzərlərinə götürürlər.
* Onların səhvlərini tutur və istiqamətləndirməyə çalışırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!