Klassik gəlin-qaynana mübarizəsi

Klassik gəlin-qaynana mübarizəsi
Evlilik
10.09.2017 45
Elmira Axundovanın fikrincə, gəlin-qaynana problemlərinin birinci səbəbi cavanların evlənəndə müstəqil olmamalarıdır: «Evli insanların çoxu ata-analarından asılıdırlar. Ata-ana qızı və ya oğluna ev, cehiz alır, nəticədə onlar valideyinlərin əlinin üstündə olurlar. «Əgər mən sizi saxlayıramsa, oğul, gəlin siz mənim sözümə qulaq asmalısınız» fikri qaynanalı gənc ailələrdə mövcuddur. İkinci problem işsizlikdir». Millət vəkilinin sözlərinə görə, bəzi gənclər ya iş tapa bilmirlər, ya da işləmək istəmirlər. Bununla da onlar müstəqil deyil, maddi və mənəvi cəhətdən qaynana və qaynatadan asılı olurlar: «Qaynana isə gərək demokratik, svilizasiyalı, humanist insan olsun ki, oğlu və gəlininin çətinliklərini üzə vurmasın. Belə qayınanalar var. Amma ağıllı olmayanlar da var və onlar bəhanələrlə yeni evlənən gənclərin həyatına qarışırlar».
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümovanın bildirdiyinə görə, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar. Gəlin-qayınana münasibətləri çox aktual bir mövzudur. Bu münasibətlər Şərq ölkələrində, xüsusilə Azərbaycanda bir növ mentalitetə çevrilmiş məsələdir: «Problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Çünki hansı şəraitdə, hansı münasibətlərdə hadisələrin baş verməyi çox vacibdir. Əvvəllər daha çox xarakterik olan bir oğulun anası və sevdiyi qadın tərəfindən paylaşa bilməməsi məsələsi var idi».
Vəsilə Möhsümovanın sözlərinə görə, son dövrdə valideynlər tərəfindən ailələrə çox təsir olur: «Avropa ölkələrinin əksəriyyətində övlada 18 yaşa qədər təhsil verir, onu müstəqil həyata hazırlayırar. Bundan sonra onu sərbəst buraxırlar. Bizdə necədir? Bizdə oxudur, təhsil verir, evləndirir, övladının uşağı olur. Amma yenə də valideynin övladı həmişə nəzarət altında saxlayır, ona sərbəstlik vermir. Bu vaxt da müəyyən problemlər yaranır. Qayınananın istəyi ilə gəlin razılaşmır, gəlinin istəyi ilə də qayınana. Gənc ailələrə bir az sərbəstlik vermək lazımdır. Gəlin-qaynana problemləri dərhal yaranmır, bu gərginliklər günbəgün yığılır və birdən özünü biruzə verir. Gənclərə doğru istiqamət verilməlidir. Çətin vaxtlarında onlara maddi və mənəvi dəstək olmaq lazımdır. Ancaq onların istəklərini məhdudlaşdırmaq olmaz».скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!