Birinci toy gecəsi haqqında

Birinci toy gecəsi haqqında
Evlilik
10.09.2017 148
Azərbaycan - özünün əsrlərdən bəri davam edən adət - ənənələri 
ilə yaşayan ölkədir:  elçilik, evlilik, birinci toy gecəs i və s.
Təəssüf ki, ölkə əhalisinin böyük hissəsi (informasiya azlığı bəzən isə
həm də səhv tərbiyə səbəbindən) ailə həyatı üçün hazır deyil. Mühüm
problemlərdən biri - birinci toy gecəsidir. Məhz uğursuz cinsi
debüt ən müxtəlif psixoloji və seksoloji problemlərin səbəbidir. Buna
görə də ölkədə viroqamiya (bakir nigah) geniş yayılmışdır, bu zaman
nigaha daxil olmuş kişi və qadın uzun müddət ərzində cinsi yaxınlıq edə
bilmirlər.

Jan Jak Russo deyirdi : «Bakirəlik - qadına anadan olduğu zaman qismətinə düşən ən böyük cehizidir». Azərbaycanda gəlinin
bakirəliyi çox vacibdir. Bunun nəticəsində hətta xüsusi insanlar da
təyin olunurlar (yengə), həmin şəxs birinci toy gecəsindən sonra hər şey
qaydasında olduğunu təsdiq etməlidir.
Kifayət qədər böyük sayda
kişilərdə birinci toy gecəsində  müxtəlif problemlər, qorxular meydana
çıxır, bunlar da ereksiyanın itirilməsinə səbəb olur və tutarsızlıq,
sürətli sperma axıtma, gələcəkdə isə - müvəffəqiyyətsizliyə uğramaq,
"rüsvay olmaq”, öz kişilik mənsubiyyətini təsdiq etməmək qorxusu ilə
xarakterizə olunurlar.     

Birinci toy gecəsində uğursuzluqların səbəbləri
Birinci toy gecəsində kişilərdə əmələ gələn problemlərin səbəbləri aşağıdakılardır : 1. İntim
şəraitin olmaması. 2. Qarşıda duran "hesabat”, yəni cinsi əlaqənin
müvəffəqiyyəti haqqında, gəlinin bəkarəti haqqında düşüncələr (bizim
yuxarıda birinci gecənin adət və ənənələri haqqında qeyd etdiyimiz
kimi). 3. Öz seksual bacarığı (cinsi orqanın ölçüləri), ereksiyanın
sabitliyi, bakirəlik pərdəsini aşmaq qabiliyyəti və gəlini seksual
cəhətdən təmin etməyə görə qorxu. 4. Gəlinin müqavimət göstərdiyi, onun
gərginliyi zamanı yaranan problemlər, xüsusilə də cəsarətsiz, utancaq,
səksəkəli - vasvası kişilərdə. 5. Cinsi yaxınlığın yubadılması zamanı
(aybaşı dövrü, gəlinin qorxusu, hansısa gözlənilməyən hallar) yaranan
problemlər, xüsusilə də cinsi təcrübənin olmadığı, səksəkəli - vasvası
cəhətli xarakteri olan kişilərdə. 6. Çox zaman qızın bəkarətinə ən
başdan şübhə ilə baxan kişilərdə bakirəliyin təsdiq olunması, onun
yoxlanılması, cinsiyyətinə nəzarət haqqında düşüncələr müşahidə olunur.
Bəzən bakirəliyin bərpa olunmasının yoxlanılması, təsdiq olunması
məqsədilə əlaqənin qəsdən uzadılması meydana çıxır. 7. Cinsi yolla
ötürülən xəstəliklə gəlini yoluxdurma qorxusu (prezervativlərin istifadə
olunması, hansı ki, həyəcanı gücləndirir və nəticədə ereksiyanın
itməsinə gətirib çıxara bilər). 8. Qan, qanaxma qorxusu.

Birinci toy gecəsində cinsi əlaqəyə aid məsləhətlər
Birinci toy gecəsinə əsaslı
şəkildə hazırlaşmaq lazımdır. Əhəmiyyəti az olmayan detalları nəzərə
almaq lazımdır: birinci intim görüşün keçəcəyi otaqda qapını bağlamaq,
onun işıqlandırılmasının qeydinə qalmaq (həddindən artıq gur işıq cavan
qadını artıq dərəcədə utandırır, tam qaranlıq isə kişini öz həyat
yoldaşının çılpaq bədənin görməkdən məhrum edir), əl altında təmiz
salfetlər, dəsmallar hazırlamaq lazımdır.

Bu zaman iki məqama
diqqət yetirmək lazımdır. Birincisi, koitus (cinsi akt) zamanı kişi
əminliklə hərəkət etməli, müəyyən təzyiq nümayiş etdirməli və yalnız
özünün deyil, həm də partnyorunun yerinə qərarlar qəbul etməlidir. Eyni
zamanda qadın qorxudan başını itirməməli və partnyoru həddən artıq
cəhdlə özündən itələməməlidir, çünki onun "qəhrəmancasına” müdafiəsi,
bir qayda olaraq, ağrı hissləri səbəb olur, çünki kişi müəyyən güc
tətbiq etmək məcburiyyətində olur.

Özün üçün dəqiq
aydınlaşdırmalısan ki, söhbət təsəvvürləri qızışmış təxəyyüldə canlanan 
hər hansı bir dözülməz ağrı və dəhşətli qanaxmadan deyil, yüngül, ola
bilsin ki, bir qədər xoşagəlməz, ağrı hissindən gedir, hansı ki, biz
özümüz vəziyyəti öz düşünülməmiş hərəkətlərimizlə mürəkkəbləşdirməsək -
bir neçə saniyə davam edir. Bununla yanaşı yaddan çıxartmaq lazım deyil
ki, koitus zamanı düzgün pozanın, vəziyyətin seçilməsi və qızlıq
pərdəsinin gərilməsi ağrı anını xeyli azaldır və ağrı hissini minimuma
qədər azaldır.

 Ağrılı ciinsi əlaqəyə yol verməmək üçün qadın
birinci cinsi əlaqədən əvvəl yanının altına mütəkkə şəklində bükülmüş
balış və ya divan mütəkkəsini elə qoymalıdır ki, çanaq bir qədər
yüksəkdə olsun. Yana aralanmış və dizlərdə bükülmüş ayaqlarını qadın
mümkün ola bildiyi qədər döş qəfəsinə yaxın sıxmalıdır, çünki bu cür
vəziyyətdə uşaqlıq yoluna girişin yuxarı hissəsi qasıq və klitora yaxın
yerləşir. Geniş şəkildə aralanmış ayaqlar döş qəfəsində sıxıldığı zaman
bakirəlik pərdəsi uşaqlıq yoluna girişdə maksimal sürətdə gərilmiş
olmur, bu da onun yarılmasını asanlaşdırır. Düzgün pozanın seçimi ilə
yanaşı aralığın əzələlərinə də diqqət yetirmək lazımdır. Qadın onları
boş saxlamağı bacarmalıdır ki, cinsi orqanın uşaqlıq yoluna (vaginaya)
sərbəst keçməsi asanlaşsın. Bundan başqa, bilavasitə cinsi əlaqədən
əvvəl uşaqlıq yolunun giriş sahəsini xüsusi vaginal sürtgü ilə bir qədər
yağlamaq məqsədəuyğundur. Beləliklə, ilk toy gecəsində çətin bir şey yoxdur, özünüzə əmin olun və hər şey super olacaq !

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!