Qadın - kişi münasibətləri

Qadın - kişi münasibətləri
Evlilik
10.09.2017 6
Qadın və kişi hər hansı bir yerdə qar­şılaşarkən ilk «sa­lam» həmişə qa­dından gəlməlidir.

Yeni tanışlıqlarda ayrılış saatını qa­dının dilə gətirməyi lazımdır.

Gəzintilərdə kişi daim qadının sol tərəfində – küçə tərəfdə gedər.

Yolu keçərkən kişi qadının qoluna girər (tutar). Yolda hər hansı bir ma­neəyə rast gəldikdə əvvəl kişi onu keçir, sonra isə qadına kömək edir.

Maşina minərkən kişi qapını aça­raq qadının avtomo­bil­dəki ən şərəf­li yerdə (arxa oturaca­ğın sağ tərəfi) əyləş­mə­sinə kömək edir. Daha son­ra özü (şoferin yanında və ya arxa­da) əyləşir.

Ümumiyyətlə, avtobusa, trol­ley­bu­sa, taksiyə və s. əvvəl­cə qadın min­məlidir. Avto­bus, tramvay və s. do­lu ma­şın­lara minərkən əvvəl kişi mi­nə­rək qadına rahat­lıq­la otura bil­mə­si və ya dayana bilməsi üçün yer açma­lıdır.

Düşərkən isə əvvəlcə kişi düşür və qadının da düşməsinə kömək edir.

Qadının kişi yanında bir yük gö­tür­məsi (əl çantası xaric) kişi üçün mə­də­niyyətsizlikdir.

Pilləkənlə çıxarkən kişi qadın­dan bir-iki pillə geridə, enər­kən isə bir-iki pillə irəlidə addım­la­malıdır.

Yeməkli bir dəvətdə stola «sa­lam» demək üçün yaxın­la­şan bir qadın ol­duqda, stoldakı kişilər onu müt­ləq ye­rin­dən qalxaraq salam­la­ma­lı­dır.

Hər hansı bir yerdə – kafedə, teatr­da, məclisdə oturu­lacaq stol-stul əv­vəlcədən seçilibsə və ya sifariş ve­ri­lib­sə kişi yol göstərməkdən ötrü qa­baqda gedir, qadın onu təqib edir.

Stol arxasında oturarkən kişi qa­dı­na kömək edir və özü qadının so­lun­da (stol kiçik isə qarşı­sın­da) əy­ləşir.

Yeməyə çıxarkən (restoran, kafe və s.) menünü gözdən keçirərək və ya şəxsən menecerlə danışaraq nə yeyi­lə­­cə­yinə qərar vermək kişinin üzə­ri­nə düşən bir vəzifədir. Bu kişinin qa­dının ağız dadını nəzərə alma­dı­ğı­nı ifadə etməz. Nə­zakət qay­da­la­rı­na görə, qadın seç­mi­­ni ifadə etsə də, yeməyi sifariş ver­mək kişinin gö­türməsi lazım olan bir dav­ra­nış­dır. Bu vəziyyət kişinin qarşı­sın­­da­kı qa­dını çox yaxşı tanıdığını gös­tər­məsi və ən xüsusi olanı (sürprizi) kəşf­etmə vəzifəsini öz üzərinə aldı­ğı­nı ifadə etməsinin ən çox nəzərə çapran yol­larından biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!