Xoşbəxt evliliyin 12 qızıl qaydası

Xoşbəxt evliliyin 12 qızıl qaydası
Evlilik
10.09.2017 6
Xoşbəxtliyin açarı olacaq 12 qızıl qaydanı təqdim edirik:



Evlilik piramidasına ayaqlaşın. Uşaq dünyaya gəlməmişdən əvvəl evlilik piramidasının təpəsində cütlük olur. İkinci pillədə cütlüyün ailəsi, üçüncü pillədə isə dostları yer alır. Uşaq olanda isə piramidanın təpəsində uşaq olar,  cütlük ikinci sıraya keçər. Bu pillələrdəkilərdən birinə az, birinə çox diqqət göstərsəniz, artıq probemlərə yol açılacaqdır. Hər kəs öz yerini bilməlidir. Əmr cümlələri istifadə etməyin. Kiçik bir problemin necə böyüdüyünü anlamadığınızda bilin ki, mütləq altında yatan səbəb nə vaxtsa qurulan əmr cümləsidir.



Tənqidçi və günahlandırıcı olmayın. Düşüncəsiz davranışlar, ya da incidən sözlər münasibətinizi zədələyə bilər. Lazımdırsa, öncə özünüzü, sonra yoldaşınızı tənqid edin. Sual verin, ancaq "məhkəməyə” çəkməyin. Yoldaşınız əsəbi ikən siz sakit olun. Bir problemlə qarılaşarkən biriniz od, biriniz su olun. Kimin günahkar olduğunu tapmaq yerinə məsələni həll etməyə çalışın.



Rolları paylaşın. Nəzərdə tutulan kimin öhdəsinə hansı vəzifələr düşdüyüdür. Maliyyə işlərini kim idarə edəcək, ev işlərini kim üstələnəcək, uşaq baxımı və s. Ənənəvi ailələrdə ev işləri və uşaq baxımını birgə etmək çətin olur, kişinin karyerası qadının karyerasından  daha öncədir və qərarı da kişilər verir. Müasir bir ailədə isə bütün məsələlərə dair kişi və qadınlar fikirlərini paylaşırlar. Xoşbəxt bir evlilikdə məsuliyyət paylaşımı çox önəmlidir.



Ünsiyyət və qarşılıqlı anlayışa önəm verin.
Sadəcə danışmaq yerinə ünsiyyətə önəm verin. Qaçmaqdansa, ünsiyyət qurmağa çalışın. Sirlərinizi paylaşın. Uşaq baxımı, ev məsələlərində fikir bölüşün, bir qərar verin, boş vaxtları birgə keçirmək, cinsi həyatla bağlı duyğu bölüşməsi edin.

Çünki bir az bükülmək qırılmaqdan daha yaxşıdır. Həyat yoldaşınızla onu iynələmədən, öz vəziyyətinizdən və hisslərinizdən danışmağa çalışın. Bununla xoşlamadığınız şeyləri öyrənməsinə kömək olacaqsız. Çox inadçı olmayın. Mübahisə qızışırsa, başqa otağa keçin.



Qəzəb və ya qarğışlarınızı özünüzə saxlayın. Onu alçatmayın. Hər məsələyə birinci fikir bildirməyin, icazə verin yoldaşınız ilk fikrini desin. Hər dediyinizi düzgün qəbul etməsini də gözləməyin. Onun fikirlərini bəyənməsəniz də dinləyin.



Pozitiv düşünməyə çalışın.  Ağlınızdakıları asan bir yolla yoldaşınıza deməyə çalışın. Hər zaman eyni olmaq üçün cəhd etməyin. Sevdiyinizin sizi qucaqlamasını istəyirsizsə,  açıq deyin.



Müqayisə etməyin. Özəlliklə yoldaşınızı cinsi məsələdə müqayisə etmək onu yaralayar. Daha böyük komplekslərə səbəb olar. Buna görə müqayisə etməyin. Sadəcə təqdir edin. Yoldaşınızı başqalarının yoldaşı ilə heç vaxt müqayisə etməyin. Bu, ciddi mübahisə və bədbəxtliyə səbəb olar. Özünü yalnız hiss edər, bu, onda qəzəb və küskünlüyə yola açar.



Sevgi, hörmət, güvən qurun. Dünyaya onun gözləri ilə baxmanız şərt deyil, sadəcə hörmət edin. Yalan yaxşı evliliyin düşmənidir. Yalan deməyin. Heç vaxt başqalarının yanında mübahisə etməyin. Bu, sevgi, güvən bağını zədələyə bilər.



Eqosunu düşünün. Hər kəs sevilməkdən və gözəl sözlər eşitməkdən xoşlanır. Zaman keçsə də, bunları ondan əsirgəməyin.



Cinsi həyatınızı rəngləndirin. Bu sahədə danışmaqdan qorxmayın, utanmayın. Tez- tez bir-birinizə toxunun, öpüşün, əl-ələ tutun. Yatağınızı ayırmayın. Həmişə əyləncəli, baxımlı və pozitiv görünün. Yatağa heç vaxt küsülü girməyin. Qulağına arada açıq-saçıq sözlər deyin.



Yoldaşınızı deyil, özünüzü dəyişdirin. Evlilik istəyərək bəzi sərbəstiyinizdən vaz keçmənizi gözləyər. Heç vaxt yoldaşınızı dəyişdirməyə çalışmayın. Əksinə, yorular və qəzəblənərsiz. Onun yaxşı tərəflərini ön plana çıxarın, davranışlarınızla ona yol göstərin. Fədakarlıq edin, özünüzü dəyişdirin. Bağışlamağı öyrənin. Hətta bəzən heç fikir verməməniz lazım gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!