Hər gəlinin bu nöqtədə duyğularıyla deyil ağılıyla davranması gərəkdir

Hər gəlinin bu nöqtədə duyğularıyla deyil ağılıyla davranması gərəkdir
Evlilik
10.09.2017 9
1- Əvvəlcə qayınananızla yaşadığınız problem onunla sizin aranızdadır; sizin yaşadığınız problemin həlli yoldaşınızda deyil, sizdədir.



2- Qayınananıza qarşı müsbət duyğular bəsləmirsinizsə və onun yaxşı niyyətli davrandığını düşünmürsünüzsə belə, niyə sizi üzən bir insana görə yoldaşınızla mübahisə edəsiniz? Siz ərinizlə mübahisə edərkən böyük ehtimal ki, o evdə hüzur içində serialını seyr edir.



3- Siz hər nə qədər hirsli olursuz olun, unutmayın ki o yoldaşınızın anasıdır. Yoldaşınız əsla anasını sizin gözünüzdən görə bilməyəcək, problemi sizin kimi şərh etməyəcək, şərh etsə də etiraf etməyəcək.



4- Yoldaşınızın sizi qorumasını gözləməyin, siz özünüzü -hörmət və nəzakət çərçivəsində- qoruya biləcək qədər böyüksünüz. Yoldaşınızsa anasının qarşısına hər keçdiyində, dəcəllik etdiyi üçün, danlaq eşitdiyi qısa şalvarlı günlərinin psixologiyasında olacaq.



5- Yoldaşınıza əsla "ya o, ya mən" deməyin. Özünüzü, sizə görə səhvli davranan bir insanla eyni səviyyəyə qoymanın məntiqi yoxdur. Üstəlik heç kim təhdid altında seçki edərək xoşbəxt olmaz.



6- Qayınananızdan şikayət edib dayanmaq və evdəki hüzurunuzu pozmaq yerinə bu problemi necə həll edəcəyinizi düşünün. Qayınananızın sizə olan davranışlarını dəyişdirmək istəyirsinizsə, bu mövzuda sizin nə edə biləcəyinizi düşünün. Kimsə siz istəyirsiniz deyə dəyişməz, ancaq sizə necə davranılacağını siz təyin edərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!