Ərlə arvad niyə bir-birinə bənzəyir?

Ərlə arvad niyə bir-birinə bənzəyir?
Evlilik
10.09.2017 19
Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, arlə arvad nəinki
xaraktercə, həm də xarici görünüş baxımından da bir–birinə bənzəyirlər.
Bəzən bu oxşarlıq o qədər çox olur ki, hətta onları bacı-qardaş hesab
edənlər də tapılır.



Yel Universitetinin tədqiqatçıları 25 ildən çox bir yerdə yaşayan
cütlüklərin şəkillərini toplayıblar. Sonra onlar evliliyə qədər olan və
müxtəlif vaxtlarda çəkilən şəkilləri müqayisə ediblər. Şəkillərin
müqayisəsi göstərir ki, ər və arvad ildən-ilə get-gedə daha çox
bir-birinə oxşamağa başlayırlar. Bu oxşarlıq təkcə xarici oxşarlıq
deyil, həm də xaraktercə baş verir.



Həmçinin o da müəyyən olunub ki, ailələr nə qədər xoşbəxt olsalar, bir o
qədər çox oxşarlıq müşahidə olunur. Araşdırmaya görə, ər-arvad
bir-birindən heç özləri də hiss etmədən müəyyən xüsusiyyətlər götürür.
Bu, xüsusən də, vərdişlərə aiddir. Məsələn, əgər ər siqareti və ya
içkini tərgidirsə, bunu onun həyat yoldaşı da edir. Bu hallar idmanla
məşğul olmaya, həkimə müraciət etməyə və digərlərinə də aiddir.



Sosioloq və psixoloqlar hesab edirlər ki, əksər hallarda kişilər və
qadınlar xarici görünüşlərinə görə özlərinə oxşar olan insanları
seçirlər. Müşahidələr göstərir ki, özünə bənzəyənlərlə ailə quran
cütlüklər daha çox xoşbəxt və uzunömürlü həyat yaşayırlar. Və əksinə,
illərlə sürən xoşbəxt həyat kişi və qadını bir-birinə bənzədir. Cütlük
bir-birindən əksər xüsusiyyətləri və vərdişləri götürərək yamsılayır.
Ailə həyatı uzun müddət sürdükcə, bu proses daha çox dərk edilmədən baş
verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!