Qadınların kişilərlə münasibətdə buraxdıqları 10 səhv

Qadınların kişilərlə münasibətdə buraxdıqları 10 səhv
Evlilik
10.09.2017 8
Lora Şlessindjer hesab edir ki, mövzu kişilərdən düşübsə, qadınlar
rəqiblərinə qarşı çox amansız davrana bilərlər. O, kitabında qadınların
həyatını məhv edə biləcək 10 ən böyük ağılsızlıqları və səhvləri
haqqında məlumat verib.



1. Böyüməmiş və dünyagörüşü tam formalaşmamış, narkotik maddələrdən
istifadə edən, həmçinin, məsuliyyət hissinə sahib olmayan kişilərdən
uzaq gəzin. Siz belə kişilərlə görüşməyə davam etsəniz, həyatınzın
çoxunu boşuna sərf etmiş olarsıznız. Çünki siz öz həyatınızı yaşaya
bilməyəcək ancaq onu doğru yola çəkməklə məşğul olacaqsıznız. Bunun isə
heç bir faydası olmayacaq. Sizə layiq olan kişilərlə də tanış olma
şansını da əldən verəcəksiniz. Bu cür münasibətlərə dərhal son qoymaq
lazımdır. Belə bir kişi ilə rastlaşsanız qaçaraq uzaqlaşın,
nömrələrinizi dəyişməyi isə başınızdan çıxarın.



2. Xoşunuza gələn bir kişi ilə rastlaşsanız heç vaxt yaddan çıxarmayın:
onun kimi yaraşıqlı kişilər hər yerdə var. Onunla yaxından tanış
olmamış, heç bir cinsi münasibət qurmayın. Ətraflı şəkildə tanış olmaq
üçün ən az 6 həftə lazımdır.Onu tərifləməyə tələsməyin. Onunla nə qədər
tez yatağa girsəniz, bir o qədər də etibarınızı və hörmətinizi
azaldarsınız. Sizə hörmət və etibar etməyən bir kişi isə ancaq yalqızlıq
və kədər gətirə bilər.



3. Qadınlar çox vaxt əllərində olanla kifayətlənirlər. Bu isə heç də
yaxşı variant deyil. Siz daha yaxşısına layiqsiniz. Səbrli olmağı
bacarın və gözləyin. Axtardığınız insan gec-tez rastınıza çıxacaq.



4. Sekslə məşğul olduğunuzdan çox vaxt keçib, lakin siz hələ də
romantika axtarışındasınız. Kişilər söyləyirlər ki, ehtiras onları
tənhalıq hissindən azad edir. Seksin isə belə bir xüsusiyyəti yoxdur.
Seks keçici bir hissdir. Bunu səhər oyananda yanınızda dözməyə belə
təhəmmül etmədiyiniz "yad insanla qarşılaşanda” görəcəksiniz.



5. Evlilikdən öncə bir yerdə yaşayan cütlüklər, evliliyə qədər ayrı
yaşamış cütlüklərdən daha tez boşanırlar. Onunla birgə yaşamağa yalnız
özünüzü daha çox sevdirmək ümidilə razı olursunuz. Hesab edirsiniz ki,
birlikdə olmaq segvinizin qarantiyasıdır. Kişilər üçünsə bu belə deyil.
Onlar sadəcə zövq almaq və fantaziyalarını həyata keçirmək üçün belə
münasibətlərə girirlər. Belə münasibət isə hər bir qadın üçün
alçaldıcıdır.



6. Bəzi qadınlar kişilərə görə analıq vəzifəsindən imtina edirlər. Hətta
elə qadınlar da var ki, "Mən tək qalmaqdansa, uşaqlarımı döyən-söyən
kişi ilə münasibət qurmağa üstünlük verərəm.” Övladlarınızı hanısa bir
kişiyə görə qurban verməyin!



7. Qızların çoxu sevdiyi və axtardığı bir kişi ilə ailə həyatı qurur.
Sonra isə məlum olur ki, onun xəyallarındakı və təsəvvüründə olan deyil,
tamam başqa bir insandır. Görünür ki, qadın özünə hədsiz güvənir və
özünədən çox arxayındır. Həyat yoldaşından da lazım olduğundan daha çox
diqqət tələb edir. Bu da yaxşı xüsusiyyət deyil. Sevgisindən şübhə
eləməyə başlayırınızsa günahı qarşı tərəfdə deyil, özünüzdə axtarın.



8. Qadınlar adətən qarşı tərəfin sevgisindən əmin olmadıqda "mən
hamilyəm” üsuluna əl atırlar. Məlum olur ki, siz qoruyuculardan istifadə
etməmisiniz... Hamilə qalmaqla bütün şübhələrinizə son qoymaq
istəyirsinizə, bilin ki, doğru hərəkət deyil. Çünki tamam başqa bir
reaksiya ilə qarşılaşa bilərsiniz. "O, axı demişdi məni sevir...”
cümləsini deməkdən başqa əlacınız qalmaya bilər. Sizin səhvlərinizin
bədəlini isə uşağınız verməli olacaq.



9. Sizi neçə dəfələrlə aldadan kişini hələ də müdafiə edib bəhanənin
əsaslı olduğuna inanırsınızsa, deməli çox saf insansınız. Bu saflıq sizə
heç bir xeyir vəd etmir, əksinə. Kişilər bəzən 6 il münasibətdə
olduqları qadını övladı dünyayı gələndən sonra atıblar. Qadın isə hətta,
ayrıldıqdan sonra da ona evə gəlməyə, cinsi münasibətdə olmağa,
qulluğunu çəkməyə razı olur. Uzağı başqa bir qadın tapana qədər sizin
yanınızda qalır, istədiyini əldən etdikdən yenə də çıxıb gedir. Bu qədər
ürəyikövrək və həssas olmayın, belə kişini mümkün qədər uzağa göndərin.



10. Qadınlar çox vaxt bütün əsəblərini, hirslərini bildirmirlər. Bu da
onların özlərini daha güvənsiz hiss etmələrinə və deprissiyaya
düşmələrinə gətirib çıxarır. Bir qadın söyləyib ki, mənim ərim 8 il
qonşumla münasibətəd olub. "Mən bunu biləndən bəri 3 psixoloq yanında
olmuşam və heç bir köməyi olmayıb.”



Psixoloq yanına gedib ağlayıb-sızlamaqdansa, sizə xəyanət edən tərəfdən
intiqam alın. Bu özünüzü rahat və yaxşı hiss etməyinizə daha çox kömək
edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!