Kişilər üçün evlilik həyatı

Kişilər üçün evlilik həyatı
Evlilik
10.09.2017 13
Kişilər evliliklərində, yoldaşlarıyla həm yoldaş həm sevgili olmaq,
nizam və dinclik axtararkən bir tərəfdən də azad qalmaq istəyirlər...

Qısaca, evlilikdə həm qadının həm kişinin işi çətindir...



Nizam

Evlilik, qadınlar üçün olduğu qədər kişilər üçün də bir nizam
formasıdır. Bu nizamı icra edə bilməmək kişiyə müvəffəqiyyətsizlik kimi
gəlir. Bu səbəbdən kişi, əvvəlcə evlilik nizamının oturmasını və
relsində getməsini istər.



Hüzur

Yenə qadınlar kimi kişilər də evlilikdə hüzur, yoldaşı tərəfindən başa
düşülmək, ünsiyyət qura bilmək, xarici dünyanın stresslərindən sonra
evdə özünü qəbul edilmiş və əhəmiyyət verilən hiss etmək istər.



Diqqət

Həmişə qadınlar da, kişilər də evlilikdə yoldaşlarından diqqət
gözləyərlər. Xüsusilə yoldaşları işləyirsə, evdəki məsuliyyətlərini
laqeyd yanaşmamalarını istəyərlər. Həyat müştərəkdir. Evdəki işləri
paylaşan kişilər, arta qalan zamanda diqqət görməyə də layiqdirlər.



İnam

Kişilər evlilikdə yoldaşlarından inam gözləyərlər. Həmişə ondan şübhələnən, sorğulayan bir yoldaş istəməzlər.



Uşaq

Evlilik, uşaq sahibi olmanın qanuni yolu olaraq görülür. Bu səbəbdən
kişilər, evlilikdən uşaq gözləyərlər. Təbii ki, hazır olduqları zaman...



Azadlıq

Kişilər, evlilikdə fərdi həyatlarını da rahatlıqla yaşaya bilmək
istəyərlər. Buna, kişi dostlarıyla gecə çölə çıxmaq, tətilə getmək də
daxildir.



Analıq

Kişilər, evlilik əvvəli analarından gördüklərini də yoldaşlarından
gözləyərlər. Sevgi və şəfqət göstərməsinin yanında dağınıqlıqlarını
yığışdıran, xatırlayan və idarəçi bir yoldaş istəyərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!