Maşın-maşın cehizi var gəlinimin, ay gəlinimin...

Maşın-maşın cehizi var gəlinimin, ay gəlinimin...
Evlilik
10.09.2017 9
Maşın- maşın cehizi var gәlnimin, ay gәlnimin

Üzünә hәsrәt aparır göydәki ay gәlnimin,

Qadam, balam qadasının alım gәlnimin



Görün, cehiz qaynananı nә oxutdurur?

Cehiz toy adәt -әnәnәlәrimizin bir qoludur, deyәrdim. Cehiz aparmaq adəti bizә dәdә- babalarımızdan qalıb. Hәlә ta o zamanlardan qızı olan analar uşaqlıqdan cehiz yığmağa başlayardılar. Cehiz nәdәn ibarәt olardı? Yorğan- döşәk el arasında " barxana" adlandrlırdı, qab- qacaq, analar qızlarına xalça toxuyardılar, nә lazımdırsa qızla bәrabәr yola salardılar. Bir otaq qız üçün bәzәyәrdilәr. Doğrudur, o vaxtlar da imkanlı ailәlәr cehizә mal- qara da qoşarlarmış. İndiki dövrdә mal -qaranı maşın әvәz edir. Yәni yeni qurulan ailәyә kömәk mәnasında bəzi ailələr bunu da təmin edir.

Bu adәtlә yanaşı başlıq pulu deyilәn bir әnәnә dә vardı ki, bu da qızın mebelini almağa kömәk üçün idi. Lakin, nәdәnsә indiki dövrdә başlıq pulu lәğv olunub, cehiz isә yox.

Gәlin görәk, indiki zamanda cehizdә nәlәr aparılır? İmkanı olan da, olmayan da sanki yarışa girirlәr. O dövrdә gәlin bir otaq doldurardısa, indiki dövrdә gәlinin qonaq, yataq, mәtbәx otağını başdan- ayağa doldurmalıdır kimi bir mәsuliyyәti var. Ailәlәr var ki, oğlanlarına kirayə ev tuturlar ki, gәlin evi başdan- ayağa doldursun. Qız evi dә mәcbur qalıb, hәr şey alıb verir, 5- 6 aydan sonra oğlunu kirayәdәn çıxarır öz evinә aparır.

Ailәlәr var ki, harda varlı qız var "gözaltı" elәyir. Mәn bunu bütün qaynananalara aid etmirәm. Mәnim anam da qaynanadır. Elә qaynanalar da var ki, heç maraqlanmır belә, nә çatışmır özü hәll edir, arzusu ancaq övladının xöşbәxt olmasıdır. Bәlkә dә tәlәb edәn qaynanalar da övladı üçün edir ki, oğlunun hәr şeyi olsun. Vay o gündәn ki, oğlan tәlәb etsin.

Cehiz çox sevәnlәrin mәhәbbәtini ürәyindә qoyur. Ailәlәr var ki, qız evi qızına әvvәldәn deyir onlar çox imkanlıdır, taylı tayını tapsa yaxşıdır, qarşı tәrәf dә - oğlan tәrәf razı olmur. Çox vaxt belә kiçik şeylәrin üstündә söz- söhbәt düşür, oğlan evi tәlәb edir, qız evi dә haqlı olaraq qarşı gәlir, olan cavanlara olur. Elә fikirlәşmәyin ki, mәn qız tәrәfin haqqlarını qoruyuram, əsla yox, elә ailә dә var qız evi oğlan evindәn faydalanmağa çalışır.

Mәn cehiz aparmağın әleyhinә deyilәm, әksinә "afәrin" deyirәm o anaya -ataya ki, qızını gәlin köçürәndә cehizi ilә birgә yola salır.

Lakin ifrat dәrәcәdә kreditә girib cehiz alanların, filankәs verdi ondan geri qalmayım, borca girim qızım pis olmasın, kimi halların әleyhinәyәm. Әgәr mәni cehizә görә tutacaqlarsa, heç tutmasınlar. Qız evi neylәsin bәzi yerlәrdә oğlan tәrәfi çox şey tələb edir.

" Mәn demәmişdim ki, oğlum qalayçı qızı ilә evlәnsin"

Cehizlә, qızılla xöşbәxtlik olmur. Allah halal süd әmmiş qismәt elәsin. Mәncә әn qiymәtli cehiz qızın ismәtidir. Ancaq bu da gözәl adәtdir. Hәr bir qızın arzusudur ki cehiz aparsın.

Düzdü biz Avropa düşüncəsini bәyәnmirik, belә mövzuda onlara haqq verirәm, oğlanla qız bir- birini sevirsә cehiz, qızıl, toyun harada olmasının dərdini çəkmirlər.

Sizin fikirlәrinizi dә bilmәk istәyirәm. Sizcə, bu qədər təmtəraqlı cehizə ehtiyac varmı? Qız gəlin köçərkən cehiz olaraq əsas nəyi aparmalıdır? Siz evənərkən cehizinizdə nələr var idi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!