Qadınlar 30 yaşda evlənsə

Qadınlar 30 yaşda evlənsə
Evlilik
10.09.2017 12
Hava çirkliliyi, müxtəlif tüstülər, tıxaclar qadınlara daha çox
təsir edir və onlarda döş xərçənginə gətirib çıxarır. Prof. Dr. Erhun
Eyyuboğlu, "30 yaşından sonra ana olmaq döş xərçəngi riskini 4 dəfə
artırır" deyib.

Erhun Eyyuboğlu xəstəliyin riskini artıran faktlarla bağlı bu məlumatları verib:



- Döş xərçəngi müasir dövrdə qadınlarda ən çox rast gəlinən xərçəng
növüdür və gedərək də çoxalır. Son illərin tibbi inkişafı nəticəsində
xəstəliyin diaqnozunu erkən qoymaq mümkündür.



- Döş xərçəngindən ölənlərin sayı digər diaqnozlara nisbətən 6% daha
çoxdur. Dünyada orta hesabla hər il 10 milyon xərçəng faktı hesablanır.
Bu xəstələrin 1 milyonu (10%) döş xərçəngidir.



- Döş xərçənginin belə geniş vüsət almasının dəqiq səbəbi bilinmir.
Xəstəlik genetik, evlilik, doğuşlar, uşaq əmizdirmə, doğuşdan sonra
istifadə olunan dərmanlar və s. formalarda yarana bilər.



Ailədə döş xərçəngi varsa özünüzü qoruyun



Genetik xəritənizi yoxlayın. Ailənizdə, xüsusilə yaxın qohumlarınızda
döş xərçəngi olubsa, mütləq həkim müayinsəsindən keçməlisiniz.
Həkimlərin səyi nəticəsində erkən diaqnoz qoyula və sizin üçün lazımi
tədbirlər görülə bilər.



Magistral yollar təhlükəlidir



Magistral yolların ətrafında yaşayan ailələrdə döş, beyin kimi xərçənglərin yaranma riski 3 dəfə çoxdur.



Özünüzü tüstüdən qoruyun



1959-97-ci illərdə Nyu-Yorkda 35-79 yaş arası 3 min 200 qadınla təcrübə keçirilib.



Və nəticədə, tüstünün döş xərçəngi riskini nə dərəcədə yüksəltdiyinin şahidi olublar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!