Yaxşı qaynana olmağın sirləri

Yaxşı qaynana olmağın sirləri
Evlilik
10.09.2017 12
Evli cütlüklərin arasında münasibətlərin pozulmasının ən böyük səbəblərindən biri də təbii ki, həm qadının, həm də kişinin qayınanasıdır.

Xüsusilə müdaxiləçi xarakterə sahib olan analar, təəssüf ki, araları yaxşı olan evlilərin belə mübahisəyə təhrik edə bilirlər və bu mübahisələr bir müddət sonra evdə dava-dalaş, boşanma kimi istənməyən nəticələrin ortaya çıxmasına səbəb olur. Siz də öz uşaqlarınızın belə bir vəziyyət içərisində qalmasını istəmirsinizsə, yalnız özünüz üçün deyil, eyni zamanda onlar üçün də yaxşı bir qayınana olmalısınız.

Anaların bu mövzuda etdikləri ən böyük səhvlərinin başında övladlarının ev nizamlarını, öz ev nizamlarına görə qurmaq istəkləridir. Əlbəttə, uşağınızın evinin hər zaman təmiz, yeməklərinin hər zaman ləzzətli olmasını istəmək çox yaxşı bir istəkdir, ancaq bu mövzuda sizin etdiyiniz müşahidələr qeyri-kafi ola bilər və ya övladınız öz yaşadığı həyatdan olduqca məmnun ola bilər. Onların məmnun olduğu bir mövzuda aralarına şübhələr və mübahisələr salaraq evliliklərinin ortasına bir bomba atmaq olduqca təhlükəlidir. Bu vəziyyət öz övladınızı ya yoldaşına, ya da sizə tərəf olmaq məsələsində sıxışdırar və buna görə də yüksək səviyyədə ruhi təzyiq yaradar.

Qayınanaların nəvə istəyi və marağı da dillərdə dastandır. Təbii ki, bu olduqca normal və təbii bir istəkdir, lakin uşaq sahibi olmaq, arzulamaqdan daha çətin olduğu da unudulmamalıdır. Xüsusilə hər ikisi də işləyən, karyera sahibi olmaq istəyən və maddi vəziyyətləri çox da yaxşı olmayan cütlüklərin bir də uşaq sahibi olmaları onları olduqca çətinə salacaq. Bir az səbr edin, onlar öz uşaq sahibi olma planlarını onsuz da vəziyyətlərinə uyğun şəkildə edəcəklər. Bu prosesi tələsiyə görmək, hazır olmayan cütlüklərin məcburi uşaq sahibi etməklə, həm gəlin-kürəkənə, həm öz övladınıza, həm də doğulacaq nəvənizə yalnız pislik etmiş olarsınız.



Təəssüf ki, artıq təqaüdçü olmuş olan qaynanalar, övladlarının hər tətildə yanlarında olmasını istəyərlər, lakin onsuz da bütün bir ili işləyən, buna görə də boş vaxtlarında bir az gəzərək keçirmək istəyən övladlar, ana-atalrına daha az vaxt ayırırlar. Gündəlik həyatın qaçdı-qovdusundan bir az xilas olmaq və başlarını dincəltmək üçün buna ehtiyacları olduğunu unutmamalısınız. Xüsusilə, uşaqlı cütlüklər nəvələrinizi sizə verərək bir az dincəlmək istəsələr bunu məqbul qarşılamalısınız.

Xüsusilə evli cütlərin uşaq tərbiyəetmə, böyütmə tərzlərinə qarışmaq və beləcə onların öz qərarlarını heçə saymaq da əsla etməməniz lazım olanlar arasındadır. Çünki illər ərzində təhsildə ortaya çıxan yeniliklər və müasir zamanın ehtiyacları uşaqların inkişafı üzərində də böyük təsirlərə sahibdir.



Gəlin var nəs deyəndi,

Gəlin var pis deyəndi.

Gəlinimə qurban olum,

Oğlumu istəyəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!