Qadınların evlilikdən qorxmasının səbəbi

Qadınların evlilikdən qorxmasının səbəbi
Evlilik
10.09.2017 9
Bağlanmaq qorxusu münasibətdə qadın və kişini narahat edən əsas
məsələlərdəndir. Bunu uzun münasibət, yaxud da evlənmək qorxusu da
adlandıra bilərik. Psixoloq Larissa Varol bağlanmaq qorxusunun
səbələrini aşağıdakı kimi sıralayıb:

1.Tərəflərin azadlıqlarını itirəcəklərindən qorxmaları.

2.Tək güllə bahar olmaz prinsipi. Başqa dillə desək, yalnız bir nəfərlə
münasibətdə olmaqdan, cinsi həyatın monotonlaşmasından qorxmaq.

3.Böyük bir yükün altına girməkdən çəkinmək.



Psixoloqun sözlərinə görə, insan həm qarşısındakının onun azadlığını
məhdudlaşdıracağını düşündüyü, həm də münasibət bitdiyi zaman bu
vəziyyətin onu incidəcəyini fikirləşdiyi üçün sevməkdən qorxur.



Qadın niyə bağlanmaqdan qorxur?

Qadınlar arasında aparılan sorğu nəticəsində belə məlum olub ki,
onların evlənməkdən qorxmalarının əsas səbəbi boşanmaq və atasız uşaq
böyütməkdir. Bu da qadınların neqativ fikirlərə daha geniş yer ayırması
ilə bağlıdır. Psixoloqların sözlərinə görə, qadınlar hər bir işə
başlamazdan öncə onun pozitiv tərəflərindən, nəticələrindən daha çox
neqativ sonluqları barədə düşünürlər.



Bağlanmaq qorxusunun öhdəsindən necə gəlməli?

Psixoloqun sözlərinə görə, bağlanmaq qorxusundan qurtulmaq üçün hər
şeydən əvvəl insan empatiya qurmağı bacarmalıdır. "Hər xırda məsələni
böyütməzdən əvvəl özünüzü qarşınızdakı şəxsin yerinə qoyub, məsələni
onun tərəfindən düşünün. Bu zaman münasibətinizin daha səmimi və
uzunömürlü olmasına şərait yaradacaqsınız. Ən əsası isə qarşınızdakı
şəxsə inanın. Onun hər sözünə şübhə ilə yanaşmayın. Əks təqdirdə əsaslı
səbəb olmasa belə, sizin içinizdəki şübhələr tez zamanda bu münasibətə
son qoyacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!