Qadınlar və kişilər

Qadınlar və kişilər
Evlilik
10.09.2017 22
Bu sözləri çox eşitmişik - "Kişilər ağıllı qadınları sevmir.” Nəsə boşluq var, düzdür? Bu cümlənin qarşısına "axmaq” və ya "uğursuz”  əlavə etdikdə, cümlə canlanır, məna qazanır, elə deyilmi..?! Məsələn, mən desəm ki, "Axmaq kişilər ağıllı qadınları sevmir” – bu cümlədə heç bir boşluq olmaz. Axı həqiqətən də ağıllı qadını sevməyən, axmaq qadınları, başıboşları üstün tutanlar özləri ən böyük axmaqdırlar. Və hörmətli axmaq kişilərin sırasında olanlar, sizə bir sirr açım: həqiqətən ağıllı olan qadın da "axmaq qadın ovunda olan” sizləri heç bir zaman özünə həyat yoldaşı və ya sevgili və hətta dost görməz. Yəni, qısası siz bu düşüncə ilə ancaq elə başıboşlara da layiqsiniz. Çox sərt oldu? Eybi yox, sizə bu da azdır. Həqiqətən ağıllı olan xanım, yanında güvənə biləcəyi, arxalana biləcəyi, qeybətdən uzaq, alçaqlıqlardan və boşboğazlıqdan uzaq əsl kişi görmək istəyir və gec və ya tez istədiyi insanı yanında tapır. Düzü bəzən ümid itirib, axmaqlarda "çarə” tapanlar da olur təəssüf ki.



Yaxşı, gəlin bir az xırdalayım. Niyə ağıllı qadın sevməyən kişilərə qarşı belə sərtəm, niyə onlar axmaqdırlar?! Hər şeyi bir kənara qoyub, fikirləşmirlər ki, bu xanımlar ana olacaqlar, əgər xanımım başıboşdursa, qul xasiyyətlidirsə və mən onun ağasıyamsa, sabah uşaqlarımda, cahil, bədbəxt və başıboş olacaqlar. Necə bir yapon atalar sözündə deyilir: "Kölə ana kölə övlad böyüdər” ..  Düşünmür ki, sabah mənim ailə dəyərələrim olmayacaq, mən xanımımın ağzını açmasından qorxacağam, məclislərdə onunla fəxr etməyəcəyəm.



Axmaq axı belə dərin fikirləşə bilməz... Axmaq kişi qadını ilə fəxr etmək istəməz, bundan qorxar, çünki qadını ilə fəxr elədikcə, özü kiçiləcək, özü kiçikdir, mikroskopikdir, görünmür, qorxur. Axmaq kişi, ağıllı qadının istəklərindən qorxar, qadının öz dəyərini bilməyindən, haqqlı tələblərindən qorxar, axı o luzerdir, həyatı ancaq şikayətlə keçir, axı o bacarıqsızdır. O bir şeyi dərk edir ki, axmaq qadını ələ almaq, onu süründürmək, kölə, itaətkar qul etmək asandır və belə etməklə, o özü eqosundakı boşluqları doldura bilər. Bədbəxt varlıqlarsınız – axmaq qadın və kişilər…

 

Xülasə, çox sizi yormayım.. Nəticə ondan ibarətdir ki, ancaq axmaq və luzerlər özləri kimilərini cəlb edirlər və özləri kimilər tərəfindən cəlb edilirlər. Bütün kişilərin adına bunu yazmayın. Ağıllı, özünəgüvənən kişilər ağıllı qadınları sevir. Çünki, ən azından ağılsızları özlərinə layiq bilmirlər. Sevəndə də keyfiyyətli sevin, dəyərinizə dəyər qatan insanlarla sağlam ailə qurun.. Sağlam gələcəyimiz naminə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!