Evlənməyə hazırlaşanlara dəyərli məsləhətlər

Evlənməyə hazırlaşanlara dəyərli məsləhətlər
Evlilik
10.09.2017 6
1. Evindən çıxarkən xanımına, "Allaha əmanət ol" deyərək çıx. Onun könlünü xoş tutmağa çalış...

 

2. Gözünü saatlarla qapıda qoyma, vaxtında evinə gəl!

 

3. Çöldə yediyindən, içdiyindən evinə də gətir!

 

4. Xanımının qüsurlarını başqalarına demə, lazım olsa onun gözəlliklərini an!

 

5. Evini cibxərcliyisiz buraxma, ailəni kimsəyə möhtac etmə!

 

6. İş həyatının çətinliklərini evdə əks etdirmə! Evdə hər zaman xoş abu-hava yarat.

 

7. Toya ya da gəzməyə getdiyində imkan varsa xanımını da apar!

 

8. Evinə gəldiyində Salamla və gülər üzlə gir ki, ailə üzvləri sənin gəldiyinə sevinsin.

 

9. Evini Quransız və namazsız buraxma! Səhər namazına qalxdığında ailə üzvlərini də qaldır ki, Allahın  rəhmət və bərəkət gün boyu sizinlə olsun.

 

10. İnsaflı ol; xanımının gücünün çatmayacağı işləri ondan gözləmə. Lazım olsa ona kömək et!

 

11. Qərarlarında xanımınla da məsləhətləşməyi unutma!

 

12. Gözlənmədik anlarda sürpriz hədiyyələrlə könül almasını bil!

 

13. Dünya malına meyl edərək, axirətini unutma!!

 

14. Bunu bil ki, az olan halal qazanc, çox olan haram qazancdan xeyirlidir. Haram tikə yemə, xanımına və uşaqlarına da yedirtmə!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!