Gəlinlər, qaynananızla yola getmirsiniz? Onda oxuyun!

Gəlinlər, qaynananızla yola getmirsiniz? Onda oxuyun!
Evlilik
10.09.2017 10
Tarix boyu gəlin-qayınana münaqişəsi ailələrin ən ciddi problemlərindən biri olub. Bəs buna səbəb nədir? İngiltərədə aparılan araşdırmada mütəxəssislər bu sualın cavabını tapmağa çalışıblar.

Anspress xəbər verir ki, ictimai araşdırmalar aparan "OnePoll" müəyyənləşdirib ki, hər 10 gəlindən 4-ü qayınanası ilə münasibət qurmaqda çətinlik çəkir. Belə ki, hər 10 gəlindən biri yaşadığı problemlərə görə qayınanası ilə əlaqələrini kəsir. 10 gəlindən 5-i isə vəziyyəti həyat yoldaşı ilə müzakirə edir.

Gəlin-qayınana münasibətlərində ən çox mübahisəyə səbəb olan mövzu isə uşaq tərbiyəsi ilə bağlıdır.

Ailənin iki üzvünün bir-biri ilə yola getməməsinin digər səbəbi isə aşağıdakılardır:

1. Qayınananın gəlinə keçmiş təcrübələrini örnək gətirməsi.

2. Qayınananın gəlinin analıq bacarığına şübhə etməsi.

3. Qayınananın gəlinin nəvəsini qeyri-sağlam qidalarla bəsləməsini iddia etməsi.

4. Qayınananın gəlinin uşağının nəyi xoşlayıb, nəyi sevmədiyini bilməməkdə ittiham etməsi.

5. Gəlinin sözünün ciddi qəbul edilməməsi.

6. Maddi problemlərə fərqli baxış.

7. Uşaqların tərbiyəsi.

8. Uşaqların zəif, arıq olması.

9. Gəlinin geyim-kecimi.

11. Gəlinlərin mətbəx bacarıqları.

12. Qayınanaların oğulları ilə sirlərini paylaşmaları.

Hanı bir təmsil vardır...

Çay dəstini bir ailəyə bənzədərək deyirlər ki;

Çaydanın altı qayınana: Davamlı şəkildə qaynayar dayanar

Üstü gəlini: qayınana qaynadığça gəlin dəmlənər

Çay stəkanı oğlandır: Bir gəlin doldurar, bir qayınana

Çay qaşığı baldızdır: Davamlı qarışdırar

Çay qabı qayınatadır: tökülənləri toplayar

Nəvələr şəkərdir: Çayı dadlandırar



Bəs sizcə bu yazılanlarda doğruluq payı nə qədərdir?



Sizin qaynananız nə üstündə dava edir? )скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!