Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol

Evliliyinizi
Evlilik
10.09.2017 32
Kim istəməz hər kəsin qibtə etdiyi bir evlilik yaşamağı? Əlbəttə ki, evliliyi "mükəmməl"dən "yaxşı"ya çevirəcək bir sehirli dəyənək yoxdur. Amma zaman ayıraraq tətbiq edə biləcəyiniz təkliflərimiz var.



Açıq və dürüst olun

Daha açıq və dürüst bir həyat yoldaşı olduğunuz təqdirdə əlaqənizin də daha möhkəmləndiyini görəcəksiniz. Elə hər şeyi danışmadan ötürmək bəlkə də indiyə qədər seçdiyiniz asan yol idi. Lakin sözü keçməmiş mövzular haqqında həyat yoldaşınızla danışmaq, özünüz və əlaqəniz haqqında dürüst olmaq evliliyinizə ehtiyacı olan dəstəyi verər. Məsələn: xəyal qırıqlıqlarınız, əsəbləriniz  və digər hər şey… Danışılacaq mövzular üçün bir sərhəd yoxdur. Danışmaq qarşıdurmaların həll edilməsi üçün əhəmiyyətli bir addımdır. Səssiz və içinə qapalı qalmaq isə problemlərin daha da böyüməsi mənasına gəlir. Mübahisə etmək  yerinə dinləməyi və ünsiyyət qurmayı öyrənməlisiniz.



Hər zaman hər yerdə,hər şeydə bir olun

Evlilikdə fərdi qorumaq əhəmiyyətlidir. Amma bir komanda  ruhu meydana gətirmək də problemləri birlikdə həll etmək mənasına gəlir. Kim haqlıdır, kim haqsız yarışına girmədən problemi həll etməyə çalışmalısınız. Müəyyən bir problem üzərinə mərkəzlənmişkən davamlı köhnə dəftərləri açıb "Sən də mənə belə etmişdin" demək ən böyük səhvlərdən biridir. Müvəffəqiyyətli bir iş ortağı olduğunuz təqdirdə bir-birinizin dəstəyini və hörmətini qazanarsınız. Birlikdə hərəkət edə bilən cütlər sevgi və inam üzərinə qurulan evlilik əlaqəsi yaradırlar.



Bir-birinizlə ünsiyyəti kəsməyin

Gündəlik həyatın stressi, ev işləri, iş yerində keçirilən çoxlu saatlar və saysız məsuliyyətlər səbəbindən həyat yoldaşınızla danışmağa çox az zaman ayıra bilərsiz. Ancaq ünsiyyəti qorumaq cüt olaraq bir-birinizə yaxınlaşmağın ən yaxşı yoludur. Sağlam ünsiyyətin olmadığı bir əlaqədə həyat yoldaşları arasında qopma və zamanla uzaqlaşma yaşanması mümkündür. Həttə belə bir deyim də vardır : "Ailənə, sevdiklərinə daha çox zaman ayır ki, zaman səni onlardan ayırmasın.”



Evliliyi "mükəmməl" hala gətirməyin həyat yoldaşları arasındakı yaxınlığı inkişaf etdirməkdən başqa bir yolu yoxdur. Bu bağı inkişaf etdirmək üçün lazım olanlar sağlam ünsiyyət, romantik yaxınlaşma, bir-biri üçün narahat olma, bir-birinə qarşı diqqət, bir-birini anlama və bir-birinin qayğısına qalmaq bacarığıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!