Boşanmamaq üçün bunları edin

Boşanmamaq üçün bunları edin
Evlilik
10.09.2017 7
Ailə kiçik bir dövlətdir. Bütün ailələrdə kiçik problemlər, anlaşılmazlıqlar, ziddiyətli fikirlər ola bilər. Amma bu problemləri böyümədən həll etmək bəzən elə də asan olmur. Bəziləri bu problemləri danışıqla həll etsə də, bəziləri bir başa boşanma ərizəsi vermək üçün məhkəməyə qaçır. Nigah bir tikilidir, onun bünovrəsini hər gün möhkəmlətdirmək lazımdır.

 

Yarınızı dəyişməyə çalışmayın

Çalışın həyat yoldaşınızda olan çatışmazlıqları qəbul edin və onu dəyişməyə çalışmayın. Axı siz onu olduğu kimi sevib evlənmisiniz. İnsanın xarakteri 10 illərlə formalaşır. Bir gün içində onun dəyişəcəyini gözləmək ağılsızlıq olar.



Gözəlliyi qoruyun

Kişilər bütün gözəl şeyləri sevən məxluqlardır. Ona görə hətta evdə də qulluq edilmiş olun. Saç rənginizi, formasını, geyimlərinizi dəyişin. Sübut edilib ki, diqqətsiz geyim keçim, daranmamış saçlar xəyanətdən az ev dağıtmayıb.

 

Tez-tez sağ ol deyin

Uzun illər birlikdə yaşayandan sonra cütülüklər bir birinə gözəl sözlər deməyi, hətta təşəkkür etməyi belə unudurlar. Kişik bir işə görə, deyəcəyiniz sadə "çox sağ ol" sözü ailənizi daha da möhkəmləndirəcək.

 

Tələsik qərar verməyin

Hamının problemi olur. İnciyib, küsməmişdən öncə yaxşı yaxşı düşünün. Qarşı tərəfə fikirlərini ifadə etməyə imkan verin. Bununla heç kimə lazım olmayan mübahisələrdən qaça bilərsiniz.

 

Ortaq maraq axtarın

əgər ortaq maraqlarınız yoxdursa onları yaradın. Statistikaya görə, cütlüklər adətən ortaq maraqları olmadığı üçün yola getmir və ayrılırlar. Qeyri standart hobbi, çadırla səyahət, filmlər sizi bir birinizə daha da çox bağlayacaq.

 

İntim həyatı canlandırın

Yaxşı seks xoşbəxt ailənin təməlidir. Buna görə, yaxşı həyat yoldaşı ərinin sevgilisi olmalıdır. O, ərinin kənarabaxmaması üçün əlindən gələni etməlidir.

 

Bir damla azadlıq

Qadınlar adətən bütün vaxtlarını işə və ya ailə, uşaqlara sərf edirlər. Nəticədə onların özü yaddan çıxır. Amma çalışın rəfiqələrinizlə, iş yoldaşlarınızla da vaxt keçirin. Bu həm sosiallığınızı artıracaq, həm də mənəvi istirahətinizi təmin edəcək.

 

Amerikalı psixoloqların fikrincə uğurlu nigahda olanlar

Nişan üzüyü taxır

Hər ikisi işləyir

Ciddi qaydalar olmadan yaşayır

Ailə problemlərini yemək masası arxasında həll edir

Hər ikisinin tənha qalmaq üçün yeri olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!