Həyat yoldaşınızla daha çox zaman keçirməyin yolları

Həyat yoldaşınızla daha çox zaman keçirməyin yolları
Evlilik
10.09.2017 9
Texnologiyasız zaman yaradın

Telefon, kompyuter, televiziya, iPad və daha başqa bir çox texnoloji cihaz … Necə də bürüdü ətrafımızı … Fiziki olaraq yan-yana olduğumuz insanlarla romantik və zehni olaraq aramıza məsafə qoyan bu cihazlara qısa bir fasilə vaxtı verilməlidir … Xüsusilə, niyyətiniz yoldaşınızla keçirdiyiniz zamanın dadını çıxartmaqdırsa, heç olmazsa, 20 dəqiqə, ya da bir saat hər şeyi bağlayın və yalnız bir-birinizə fokuslanın.



Kömək istəyin

Ən azından ayda bir, ya da iki dəfə uşaq baxıcısından, ya da ananızdan, atanızdan həmin axşam uşaqlara göz qulaq olmalarını istəyin və yoldaşınızla evdə yaxud çöldə baş-başa zaman keçirin.



Ortaq hobbinizi tapın

Puzzle etmək, şəkil çəkmək, kompyuter oyunu oynamaq, rəqs kursuna getmək kimi fəaliyyətləri reallaşdırdığınızda birlikdə yüksək keyfiyyətli zaman keçirdiyinizi də görəcəksiniz.



İşə birlikdə gedin

Hər ikinizin də yorğun bir iş həyatınız varsa, ən azından səhər saatlarını birlikdə zaman keçirmə fürsətinə çeviririk. Birlikdə avtomobillə, ya da piyada getmək fürsətiniz varsa yeriyərək eyni anda söhbət etmək fürsəti tutaraq işə getməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!