Gəlin Qaynana problemlərinin səbəbləri

Gəlin Qaynana problemlərinin səbəbləri
Evlilik
10.09.2017 6
Eyni kişinin gözündə önəmli olma istəyi qaynanalar və gəlinlər arasında bitməz, tükənməz çəkişmələr yaşanmasına yol açmışdır. Qısqanclıq və gözü götürməmək zaman zaman pik həddinə çatır və iki qadının bir birilərini necə üzdüklərinin, necə pisliklər etdiklərinin şahidi oluruq.



Qaynana həyat yoldaşından görmədiyi sevgini oğlundan istər.



Qaynanalar üzündən sakit, normal yaşayan cütlüklərdə belə problemlər yaşana bilir.



Şiddət olan ailələrdə kişinin qadını döyməsinin arxasında çox zaman qaynananın durduğu məlum olur.



Qaynana acılar çəkmişsə, böyük psixoloji travmalar keçirmişsə gəlinin də o acıları çəkməsini istəyir.



Əgər oğul ananın dayağı, həyat qarantisidirsə o zaman rəqabət lap kəskinləşə bilir. Digər bir tərəfdən qaynana oğlunun sevgisini və şəfqətini paylaşmaq istəmir.



Problem yaradan qaynana fikirləri: "Bu uşağı mən doğdum, Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Oğlumun məni unutmaması üçün yanında olmalıyam. Kontrol etməliyəm. Oğlumun evi mənim evimdir.”



Problem yaradan gəlin düşüncələri: "Qaynanam hər işimizə qarışır. Davamlı olaraq nə etməli olduğumu deyir. Oğluna xidmətçi tutmuş kimi davranır. Sanki mənim yeganə işim oğlunu xoşbəxt etməkdir. Davamlı dedi qodumu edir. Fürsət düşdükcə oğluna mənim haqqımda pis şeylər söyləyib şikayət edir, aramızı vurmağa çalışır. Oğlundan məni ayırmaq üçün əlindən gələni əsirgəmir. Hər fürsətdə məmin xətalarımı ortaya çıxarmaq üçün çalışır. Mənə qarşı uşaqlarıma olmayan şeylər danışır. Əşyalarımı qarışdırmasına nifrət edirəm.”



Qaynana – gəlin problemleminin həlli başa düşən olmaq, öncədən fikir yürütməkdən qurtulmaq, bir birinin qeydinə qalmaq və ən önəmli fiziki dava-dalaş yaratmamaqda yatır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!