Evliliklə əlaqədar ən çox deyilən yalanlar

Evliliklə əlaqədar ən çox deyilən yalanlar
Evlilik
10.09.2017 5
Gözünüz qorxmasın, daxiliniz rahat olsun!

Evlilik qərarı bəlkə də həyat boyu ən çətin alınan qərarlardan biridir. Sevdiyiniz adamın doğru insan olub olmadığı, həqiqətən xoşbəxt olub olmayacağınız, boşanmaq problemi ilə üz-üzə qalmaq qorxusunu düşünmədən beynimizdə gəzdirdiyimiz fikirlərdən biridir. Amma hər kəs hər şey haqqında həddindən çox fikirləşdiyi üçün  və öz düşüncələrini tək doğru budur ədasıyla müdafiə etdiyindən "Evlilik" deyincə tüklərinizin biz-biz durmasına səbəb ola bilir.

Bizlər də "Evlilik" mövzusunda əslində səhv bilinən doğruları və şəhər əfsanələrini sizlər üçün topladıq.





"Xoşbəxt bir evlilik üçün əsla mübahisə yaşanmaması lazımdır."

Buna həqiqətən inanırsınızmı? Dünyanın ən xoşbəxt cütlərinin belə bir nöqtədə fikir razılaşmadığı anların olmasına əminik, siz də ola bilərsiniz! Həm də nə deyiblər? Mübahisə əlaqənin duzu bibəridir.

Təbii ki, bir-birinizə hörmətsizlik, ya da şiddət ehtiva edən mübahisələrdən bəhs etmirik. Amma birlikdə olacağınız insanla hər mövzuda eyni fikirdə olmağınız çox təəssüf ki, mümkün deyil. Bu səbəblə mükəmməl bir evlilik üçün mübahisəsiz bir əlaqəni axtarışında olmamalısınız.



Edilən araşdırmalar nəticəsində cütlər arasında yaşanan mübahisələr və fikir ayrılıqlarının bir-birlərini daha yaxşı tanımalarına səbəb olduğu ortaya çıxır. Başınızdakı mükəmməllik qəbulunu bir daha nəzərdən keçirməyiniz lazım olacaq.



"Uşaqlı cütlər digərlərinə görə daha xoşbəxt olurlar."

Sevgimizi bölüşdüyümüz üçün kədərlənirik, amma bunun tam tərsini söyləməyimiz problem olarmı? Uşaq demək, çox böyük məsuliyyət deməkdir. Bunun onsuz da hamımız fərqindəyik. Cütlərin iki tərəfli məsuliyyətləri artdıqca bir-birləriylə istər istəməz daha az vaxt keçirirlər. Təbii ki, bu demək deyil ki uşaq eşqi öldürər. Amma uşaqsız cütlərin xoşbəxt ola bilməyəcəyi də böyük bir yalandır!



"Evli insanların cinsi həyatları darıxdırıcı olur."

Təbii ki, yenə hər şeyin sizə bağlı olduğu bir vəziyyətdir. Sırf həmişə eyni adamla birlikdə olursunuz deyə bu onun darıxdırıcı olduğu mənasını verməz. Cinsi həyatınızı şəkilləndirmək və darıxdırıcı olmamasının təmin etmək əlinizdədir. Üstəlik evli qadınlar özlərini etibarda və yaxşı hiss etdiyi üçün cinsi həyatlarında daha istəkli olarlar.



"Evlənmədən əvvəl birlikdə yaşamaq boşanma ehtimalını azaldır!"

Boşanma ehtimalını nə qədər aşağı salar bilmirik, amma evlənmə nisbətində bir eniş yaşanacağına əminik. Boşanma ehtimalının önünə heç bir şəkildə keçə biləcəyinizi düşünmürük, ancaq bu fikirlə barışmağınızı təklif edə bilərik. Çünki insanlar dəyişir, ümid edək ki, sizin yoldaşlarınızın dəyişməsi yaxşı istiqamətdə olsun və nağıl qəhrəmanları kimi sonsuza qədər xoşbəxt, məsud yaşayın! Təbii ki, bu təklif Avropa ölkələrində keçərlidir, müsəlman ölkələrində evlənmədən əvvəl birlikdə yaşamaq düzgün hesab edilmir.



"Əgər yoldaşını həqiqətən sevirsənsə, ehtiras əsla bitməz!"

Əvvəlcə ehtiras yenilik və sirlə ortaya çıxır və bir-birinizi tanıdıqca nə olursa olsun, azalacağını söyləyə bilərik. Yəni bu məzmunda evliliyin öldürdüyü eşq deyil ehtirasdır. Amma ehtiras azaldı deyə kədərlənməyək deyirsiniz? Qətiliklə xeyr! Əgər bir-birinizi həqiqətən sevirsinizsə, eşq, hörmət və sevginin sonsuza qədər sizinlə olacağına əminik!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!