Xoşbəxt evliliyin kiçik sirləri

Xoşbəxt evliliyin kiçik sirləri
Evlilik
10.09.2017 12
Evlilik seçdiyimiz insanla sonsuzluğa uzanan bir səfərdir. Hər kəs ailə qurarkən xoşbəxt olacağını və ömrünü həmin şəxslə heç bir problem və ya münasibət baxımından çətinliklərlə rastlaşmayacağını zənn edər. Ancaq uzun ömürlü və xüsusilə də xoşbəxt evliliyin də özünəməxsus sirləri vardır. Bu xəbərim sayəsində hər birinizə xoşbəxt evliliyin sirlərini təqdim edirəm. Xoşbəxt evliliyin sirləri aşağıdakılardır.



Hörmət edin.

Nə qədər əsəbiləşsəniz də, canınız nə qədər yansa da, əsla aranızdakı hörmət sərhədlərini keçməyin. Unutmayın, hörmət evlilikləri ayaqda tutan ən əhəmiyyətli elementlərdəndir. Hörmət bitərsə, o evlilikdən xeyir gəlməz.



Yataqlar bir olsun.

Evliliklərində uzun illəri arxada qoymuş cütlərin ən əhəmiyyətli cəhətləri yataqlarını heç zaman ayırmamasıdır. Bu gün dalaşa bilərsiniz, küsə bilərsiniz, lakin yoldaşınızdan ayrı yataqda (divan və ya qoltuqda) yatmaq boşanmağa gedən yola ilk addımı atmaq deməkdir.



Kin saxlamayın.

Kin elə bir duyğudur ki, sahibini yeyər bitirər! Yoldaşınızın sizə söylədiyi sözləri hər dəfə təkrarlayıb qan qaraçılıq yaratmayın. Öz yaxşılığınızı istəyirsinizsə, pis xatirələri unudun.



Tərifləyin.

Tənqid edilməkdən, tənqiddən kimsə xoşlanmaz.Tərif eşitmək hər kəsin xoşuna gəlir. Yoldaşınızda görüb bəyəndiyiniz gözəl xasiyyətləri tərifləyin və onun kimi dəyərli bir həyat yoldaşına sahib olduğunuz üçün xoşbəxt olduğunuzu dilə gətirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!