Həyat yoldaşınızla doğru ünsiyyət qurmağın 7 üsulu

Həyat yoldaşınızla doğru ünsiyyət qurmağın 7 üsulu
Evlilik
10.09.2017 14
Əlaqəni sağlam inkişaf etdirməyin təməli sağlam ünsiyyətdən keçir. Sağlam ünsiyyət qurmaq üçün də bəzi sadə qaydaları bilmək lazımdır. Həyat yoldaşınızla sağlam ünsiyyət qura bilmək üçün aşağıdakı 7 üsula diqqət edin.



1.Düşüncələrinizi paylaşmaq mövzusunda açıq olun.

Sizə səhv gələn, ya da fikirlərinizi qarışdıran mövzular haqqında həyat yoldaşınızla danışmaq çox əhəmiyyətlidir. Fikilərinizi qarışdıran, ya da həyat yoldaşınızın sizə səhv təsir bağışlayan rəftarını ona açıqca ifadə etməkdənsə içinizdə saxlamağı seçsəniz, bu yara qəlbinizdə böyüyə bilər və zaman keçdikcə hər şey üçün çox gec olar.

Düşüncənizi dilə gətirməkdən çəkinməyin. Təbii ki, nə söylədiyinizdən çox, necə söylədiyinizin əhəmiyyətli olduğunu da yadda saxlayın.



2.Problemlər haqda danışmaq üçün kifayət qədər zaman ayırın.

Həyat yoldaşınızla danışmaq istədiyiniz zaman o işə çatmaq üzrəykən telefonla zəng edib danışmaq, ya da həftə arası günorta vaxtı danışmaq doğru bir seçim olmaz. Çünki məhdud zaman ərzində sizə az diqqət göstərməsi sizə xoş gəlməyəcək.

Əgər niyyətiniz həqiqətən əhəmiyyətli bir məsələni danışmaqdırsa, bu zaman hər ikiniz də bu məsələ haqqında ətraflı danışa bilmək üçün kifayət qədər zaman ayırmalısınız. Bu, həm ona özünə zaman ayırmasına imkan verib hörmət göstərdiyinizi, həm də həyat yoldaşınızın sizi diqqətlə dinlədiyinə əmin olmağınızı təmin edər.



3.Onun yerinə düşünməyin.

Həyat yoldaşınız dilə gətirmədən, sizin onun ağılından keçənləri bilmənizə imkan yoxdur. Onun nə düşündüyünü təxmin etməyə çalışmaqdansa, birbaş ondan soruşmaq daha yaxşıdır.



4.Bu gün haqda danışarkən keçmişi qurdalamayın.

Bu, həyat yoldaşları arasındakı ən böyük səhvdir. Problemlərinizi həll etmək istəyirsinizsə, həyat yoldaşınıza həqiqətən çıxış yolu olduğunu hiss etdirin. Keçmişin səhvlərini gündəmə gətirdiyiniz təqdirdə, göstərdiyi dəyişməyə və müsbət səylərə baxmayaraq özünü hələ də günahkar hiss edəcək. Mükəmməl olmasını gözləməyin. İnsan buraxdığı səhvlərlə insandır! Üstəlik, səhvlərini başa düşübsə, bu daha da qiymətlidir.



5.Səhvlərinizin məsuliyyətini öhdənizə götürün.

Əgər səhv etmisinizsə, məsuliyyəti öhdənizə götürün və başqasını günahlandırmayın. Verdiyiniz sözə əməl etmədiyiniz, ya da özünüzü müdafiə etmək istədiyiniz zaman bəhanələr axtarmağa çalışmayın. Dürüst olsanız, özünüzü daha yaxşı hiss edəcəksiniz və hərəkətlərinizin məsuliyyətini öhdənizə götürdüyünüz zaman həyat yoldaşınız sizə daha çox güvənmək istəyəcək.



6. Əsəbi özünüzdən uzaqlaşdırın.

Əsəbləşməyə başladığınızı hiss etdiyiniz zaman qısa fasilə verin, gəzintiyə çıxın, musiqi dinləyin, ya da sizi dərhal rahatlaşdıracaq başqa bir şey edin. Əsəblərinizi sakitləşdirəcək işlər görmək istəmədiyiniz halda həyat yoldaşınızın qəlbini qırmağınıza mane olar.



7.Cəmiyyət içində müzakirə etməyin.

Başqalarının yanında əlaqənizə aid problemlər haqqında danışmağınız həyat yoldaşınızı avtomatik olaraq özünü müdafiə etməyə sövq edər. Belə olan halda böyük problemlər yaranar. Başqalarının yanında həyat yoldaşınızla səmimi və dürüst bir şəkildə danışa biləcəyinizə inanırsınızmı? Yaxşısı budur ki, problemləri evinizdə həyat yoldaşınızla tək olduğunuz zaman müzakirə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!