Evlilik təklifi

Evlilik təklifi
Evlilik
10.09.2017 8
Xoşbəxt bir bərabərliyiniz var. Bu bərabərliyi artıq evliliklə nəticələndirmənin vaxtının gəldiyini düşünürsünüz. İndi bu düşüncənizi romantik bir şəkildə sevgilinizə söyləməlisiniz.

Evlənmə təklifi əlaqədəki bəlkə də ən xoş və unudulmayacaq andır. "Belə bir təklifə ehtiyac yoxdur, biz onsuz da evlənməkdən tez-tez bəhs edirik" deyirsinizs, yanılırsınız. Hər iki tərəf nə zamansa evlənəcəyindən əmin olsa da, "Mənimlə evlənərsənmi?" sualıyla qarşılaşmanın duyğusu bambaşqadır. Necə və harada evlənmə təklif edəcəyiniz sizin xarakterinizə və şərtlərə bağlıdır. Bu təklif əvvəldən planlanmış anda ola biləcəyi kimi, çox romantik bir zamanda, birdən-birə də ola bilər.



Ən romantik evlilik təklifi üsulları

Evlənmə təklifi üçün ən geniş yayılmış üsul belədir: oğlan bir dizini yerə qoyub içində üzük olan kiçik bir qutu çıxararaq, qadından onunla evlənməsini istəyir. Bu üsuldan günə qədər istifadə edilir. Ancaq müasir qadınlar daha romantik, daha yeni evlənmə təklifi istəyirlər. Oğlanların qızlara etdiyi bir neçə romantik evlənmə təklifinə diqqət edək.

1. Havada. Oğlan sevgilisiylə birlikdə təyyarədə olarkən, təyyarə kapitanı vasitəsilə telefon sistemindən evlənmə təklifini yanında oturan sevgilisinə bildirir. İnsanların baxışları altında sevgilisindən "Bəli" cavabını alır.  2. Radioyla. Oğlan sevgilisinin günün müəyyən saatında hansısa bir proqramı dinlədiyini bilir, radiodakı proqrama SMS yazaraq aparıcının dilindən sevdiyi xanıma evlənmə təklifi edir. Bu, çox gözəl nəticə verir. 3. Dəniz kənarında. Çimərlikdə içərisində evlilik üzüyü olan qutunu bir uşaq vasitəsilə sevgilisinə verir və sevgilisini bu romantik hərəkətiylə duyğulandırır. 4. Sevgililər günündə. Oğlan Sevgililər günündə sevdiyi xanıma evlənmək təklif edərək bu günün ömür boyu sevdiyi xanımın yadından çıxmamasına səbəb olur.



Əziz xanımlar, həyat yoldaşınız sizə necə və harada evlənmək təklif edib? Sevdiyiniz insanın etdiyi bu təklif qeyri-adi olubmu? Sizi təəccübləndirə bilibmi? Bu zaman necə hisslər keçirdiniz? Həmin günü xatırlayırsınızmı?

 

Zaman keçdikcə artıq oğlanlara evlənmək təklif edən qızlar da var. Buna münasibətiniz necədir? Sizcə doğrudurmu? düşünürsünüz? Hər bir xanımın fikrini bilmək çox maraqlı olardı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!