Xoşbəxt ailə

Xoşbəxt ailə
Evlilik
10.09.2017 33
Əlaqələrin sağlam və uzun ömürlü olması üçün qarşılıqlı sevgi, hörmət və
səbr çox əhəmiyyətlidir. Evlilik testi ilə evliliyinizi test edin.
Məqaləmizdəki sualları özünüzə verib evliliyinizin gedişatının nə
istiqamətdə olduğu mövzusunda ipucları tapa bilərsiniz.

Hər mövzuda duyğu və düşüncələrinizi bir-birinizlə rahatca paylaşa
bilirsinizmi? Yoxsa aranızda davamlı bir sirr və məsafə varmı?

Ev işlərini paylaşmaqda ədalətlisinizmi? Məsələn, siz evin işini,
təmizliyini edib, yoldaşınız çöldəki işləri görürmü, yoxsa məsuliyyət
yalnız bir adamın üzərinə düşürmü?

Onunla birlikdə olunca zövq ala bilirsinizmi? Yaşadığın cinsəlliyi
yeməyə bənzətsək, dadsız duzsuz bir yemək olaraq qəbul edirsinizmi,
yoxsa dadı damağından getməyən bir ləzzətmi?

Birlikdə vaxt keçirməkdən kef alırsınızmı? Yoxsa olsa da olar, olmasa da, hətta o yoxkən özünüzü daha xoşbəxt hiss edirsiniz?

Əlaqənizi birləşdirən ən əhəmiyyətli faktor nədir? Uşaq, iqtisadi məcburiyyət, sevgi və ya hansı?

Yanında yoxkən darıxırsınızmı? Onsuz olma düşüncəsi sizə nə məna ifadə edir?

Ortaq fikirləriniz var mı?

Həyatda imtina edə bilməyəcəyiniz insanlar arasında həyat yoldaşınız da varmı?

Evliliyə hazırammı?

Evlilik qadın və kişi üçün doğru yolda bir ömür boyu addımlamaq istədiyi qurumdur.

Evliliyin sürməsi üçün ən əhəmiyyətli faktorlardan biri də maddiyyatdır.

Maddiyatınızı təmin edə bilməyəcəksinizsə, evi dolandıra bilməyəcəyiniz
qədər pul qazana bilmirsinizsə, bu vəziyyət evliliyə hələ hazır
olmadığınızı göstərir.(Kişi üçün keçərlidir)

Evlilik qarşılıqlı hörmət  və anlayışa söykənən şəkildə davam etməlidir.
Səbirsiz bir insansınızsa, ani şəkildə əsəbləşib ətrafınızdakıları
küsdürürsünüzsə, evlənmədən əvvəl bu xasiyyətinizi dəyişdirməyə
çalışmalısınız , yoxsa evliliyiniz uzun ömürlü olmaz.

Evlənməyi düşündüyünüz adamla həll etmədiyiniz problemlər varmı
aranızda? Bunu əsla unutmayın, evlənincə sizə sehrli çubuq dəyməyəcək
eyni problemlər davam edəcəkdir!

Evlənincə mən onun xasiyyətini dəyişdirərəm deyə yola çıxsanız,
yanılacaqsınız, müəyyən yaşdan sonra insanların xasiyyətləri çətin
dəyişir.

Evlənmə planı qurduğun adamla həqiqətən
bir ömür keçirə bilərsinizmi, o sənin üçün doğru adamdırmı? Yoxsa
evlənmək xatirinə evlenirsən? Bunu hər kəs özündən soruşmalıdır!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!